Çempionlar Liqası: “Sabah” - “Borussiya” matçı başlayıb

Bakı Olimpiya Stadionunda "Sabah" və Dortmundun "Borussiya" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

Saat 20:45-də start götürən qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.

Qeyd edək ki, hər iki komandanın aktivində ilk iki turdan sonra üç xal var.

Turnir cədvəlində "Sabah" 22-ci, "Borussiya" isə 18-ci yerdə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31