Rusiya ilə silah ticarəti müqaviləsinə yenidən baxılmalıdır

Rusiya hakimiyyətinin birbaşa sifarişi ilə Ümumirusiya Azərbaycanlıları Konqrensinin ləğv edilməsi, rəsmi Kremlin Azərbaycana qarşı təzyiq siyasətidir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

Rusiya hakimiyyətinin birbaşa sifarişi ilə Ümumirusiya Azərbaycanlıları Konqrensinin ləğv edilməsi, rəsmi Kremlin Azərbaycana qarşı təzyiq siyasətidir. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, görünür, Moskva Apreldə göndərdikləri emissarlar vasitəsilə daha böyük iştahla istədiyini Azərbaycandan ala bilməyib: "Azərbaycan bundan sonra Rusiya ilə ikitərəfli əlaqələrdə korrektələr etməli, Avropa ilə sıx inteqrasiya proseslərini sürətləndirməlidir. Görünən odur ki, Rusiya hakimiyyəti, Azərbaycana bir dövlət kimi hörmət etmir. Rusiyadan Qarabağ münaqişəsinin həllində heç bir kömək yaxud həll prosesi gözləməyək. Rusiya torpağlarımızı işğalında bilavasitə iştirak edib və indi də siyasi təzyiqlər edir. Proseslər, Qarabağ münaqişəsini daha da mürəkkəbləşdirir, müharibə ehtimalını gücləndirir". Politoloq hesab edir ki, Rusiya ilə silah ticarəti müqaviləsinə yenidən baxılmalı və müqavilə dondurulmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31