Şimal zonasında milli-mənəvi dəyərlərlə bağlı tədbir keçirilib
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı layihə çərçivəsində ilk tədbirini Quba rayonunda keçirib.
16 May 2017 11:35 SosialAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir" adlı layihə çərçivəsində ilk tədbirini Quba rayonunda keçirib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, ADİİM sədri Cavid Şahverdiyev öncə layihə mövzusuyla bağlı tədbir iştirakçılarına məlumat verib. QHT rəhbəri bildirib ki, mediada və ictimaiyyətdə milli-mənəvi dəyərlərimizə, əxlaq və etik normalara, mədəni irsə və mənəvi dəyərlər sisteminə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə, milli-mənəvi dəyərlərimizi təhlükədən uzaqlaşdırmaq üçün milli ideologiya və milli-sosial özünüqoruma şüuru formalaşdırmaq, milli və ümumbəşəri dəyərlərin müasirliyin məzmunu müstəvisində vəhdətinə nail olmlıyıq. C.Şahverdiyev onu da vurğulayıb ki, gənclərimizi düzgün istiqamətə yönəltmək, mənəvi tərbiyə aşılamaq, onları vətənpərvər ruhda tərbiyə etmək bizim üzərimizə düşən başlıca vəzifələrdəndir. Tədbirdə Quba rayon Gənclər və İdman idarəsinin rəsmisi Ramin Mahmudov, Quba rayon 2 saylı Təbiət fənləri təmayüllü məktəb liseyin direktoru Eynulla Camalov, həmin məktəbin müəllimləri də iştirak etməklə yanaşı mövzuyla bağlı öz fikirlərini auditoriya ilə bölüşüblər. Sonda tədbir iştirakçılarına ADİİM-in layihə ilə bağlı çap etdirdiyi bukletlər paylanılıb.