Gündəm

Azərbaycanlı gimnastlar: İslam Həmrəyliyi Oyunlarında əldə olunan uğur yeni qələbələrə həvəsləndirir

16 May 2017 13:02

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarında əldə olunan uğur yeni qələbələrə həvəsləndirir. Bunu jurnalistlərə azərbaycanlı gimnast Marina Nekrasova deyib. O xatırladıb ki, Avropa çempionatında zədə ilə əlaqədar iştirak edə bilməmişdi: "Buna görə çox təəssüflənmişdim, həvəsdən düşmüşdüm. Hətta bu Oyunlarda da iştirak edib-etməyəcəyimi bilmirdim. Amma məşqçinin dəstəyi mənə kömək oldu. Qazandığım medallara görə çox şadam".

Bakıda avtomobil təmiri sexi yanıb

16 May 2017 13:00

Bakıda yanğın hadisəsi qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 18 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqda olan qarajlar və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tikinti sahəsində yeni qaydalar təsdiqləndi

16 May 2017 12:57

Nazirlər Kabineti “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı”nı təsdiqləyib.

Oğluna heroin ötürmək istəyən ana saxlandı

16 May 2017 12:50

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirdi

16 May 2017 12:46

Ukrayna Prezidenti Petro Poroşenko Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb. Fərman Rusiyanın sanksiya tətbiq olunmuş hüquqi və fiziki şəxslərinin siyahısının genişləndirilməsi və sanksiyaların müddətinin artırılmasını nəzərdə tutur.

İslam Həmrəyliyi Oyunlarına 8513 könüllü cəlb olunub

16 May 2017 12:45

Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə 8513 nəfər könüllü cəlb olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, Azərbaycanın tələbə könüllüləri də bu mötəbər yarışda yaxından iştirak edirlər. “Bakı 2017”nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edirlər.

Məhkəmə Maşallah Əhmədova sonuncu dəfə vaxt verdi - 3 gün

16 May 2017 12:43

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Ərdoğan İslam Oyunlarında qızıl medal qazanmış türkiyəli idmançıları təbrik edib

16 May 2017 12:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış türkiyəli idmançıları təbrik edib. Bu barədə Türkiyə prezident administrasiyası məlumat verir. Bugünədək Türkiyə İslamiadada 35 qızıl, 31 gümüş və 26 bürünc medal qazanıb.

Əli Hüseynli: “Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi siyasi məsələdir”  

16 May 2017 12:39

“Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib. İndi isə növbə Rusiyanındır. Əslində Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi siyasi məsələdir”.

Türkiyə kəşfiyyatı: İŞİD boğazda Rusiya gəmilərinə qarşı terror törədə bilər

16 May 2017 12:35

Türkiyə Rusiyanın hərbi dəniz donanmasına aid gəmilərə qarşı terror aktları törədilə biləcəyini bəyan edib. Türkiyə kəşfiyyatı İŞİD qruplaşmasının İstanbul (Bosfor) boğazından keçən Rusiya hərbi gəmilərinə qarşı terror aktları planlaşdırdığı ilə bağlı məlumat əldə edib.

Faiq Ələkbərlinin Tanrıçılığa aid kitabı nəşr olundu

16 May 2017 12:31

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) Turançılıq və Tanrıçılığa aid yeni kitabı (Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, Xan nəşriyyatı, 2017. – 512 səh. ) nəşr olunub. 

Ermənilərin 95 faizi müsəlmanları qəbul etmir - SORĞU

16 May 2017 12:21

Ermənistan əhalisi arasında digər dindən olan insanlarla bağlı keçirilən sorğu gerçək faktları üzə çıxarıb. "Pew Research Center" tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən Ermənistan vətəndaşlarının 25 faizi yəhudiləri ailə üzvü kimi qəbul edə bilər.

"Real"ın daha bir ulduzu İngiltərə yolunda

16 May 2017 12:18

"Real"ın daha bir ulduzu İngiltərə klubuna keçə bilər.  Premyer Liqa klubuları Luka Modriçi transfer etmək istəyir. Belə ki, onun xidmətində "Çelsi" və "Arsenal" maraqlıdı. Hər iki klubun Luka Modriç və "Real"la danışıqlara başlayacağı bildirilir. Xorvat futbolçu ilə həmçinin PSJ və "Bavariya" da maraqlanır.