Oğluna heroin ötürmək istəyən ana saxlandı
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
16 May 2017 12:50 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.5; 228.4 və 66.3-cü maddələrinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Nüsrət Vidadi oğlu ilə qısa müddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Mustafayeva Tamella Həsrət qızının üstünə və əşyalarına baxış keçirilən zaman alt paltarında gizlətdiyi sellofan bükülüdə çəkisi 1.854 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilib.