Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə”

Teatr gənc nəslin yetişməsində, mədəni bağların qurulmasında, sənət anlayışının aşılanmasında mühüm amillərdən biridir.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı  uşaq və məktəblilər arasında teatr sənətinə marağın gücləndirilməsi, məktəb və uşaq  müəssisələri ilə əlaqələrin gücləndirilməsi məqsədilə silsilə planlar həyata keçirir. Teatrdan "Olaylar" - a bildirlib ki, bu məqsədlə teatr aprel ayı boyunca və may ayının ilk yarısında Şəki rayonunun 23 kəndinə qastrol səfərləri təşkil edib. Qastrollar zamanı "Kəlilə və Dimnə" əsəri əsasında hazırlanmış tamaşa yüzlərlə uşaq və məktəbli qarşısında  nümayişə təqdim olunub. Qostrollar uşaq və məktəblilər, həmçinin valideyn və müəllimlər tərəfindən maraqla izlənilib.

Tamaşa  Kapital bankın "1 iyin-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə təşkil etdiyi tədbirlər çərçivəsində pulsuz tamaşalar günündə də oynanılıb. Xeyli sayda azyaşlı tamaşaçı tamaşanı izləmək imkanı qazanıb.   "Kəlilə və Dimnə"-nin yaxın zamanlarda Balakən, Qax və Zaqatala rayonlarına da səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, tamaşaya teatrın gənc rejissoru Arzu Əhmədova quruluş verib. Rollarda Orxan Həmidli, Anar bəhlulov, Rəşad Rüstəmov, Günay Novruzəliyeva və digər aktyorlar çıxış edir.

Teatr  bu ənənəni davam etdirərək yeni uşaq tamaşalarının  səhnələşdirilməsini, teatr-məktəbli əlaqələrinin gücləndirilməsini və  beləliklə gənc nəslin teatra daha çox cəlb edilməsini həyata keçirməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31