Sahibə Qafarova: “Süni intellekt və texnoloji tərəqqi yeni imkanlar formalaşdırdığı kimi, yeni çağırışlar, kibtertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklər də yaradır.”

Bunu spiker Sahibə Qafarova Qırğızıstana səfəri çərçivəsində TÜRKPA-nın 15-ci plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, bütün bunlar qeyd olunan sahədə qarşılıqlı fəaliyyəti daha da zəruri edir. Parlamentlərin bu sahəyə diqqəti artırmasının faydalı olacağını qeyd edən spiker,  Milli Məclisin bu istiqamətdə gələcək təcrübə mübadiləsinə, əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçirilməsinə hazır olduğunu söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31