Gündəm

"Çelsi" rekordu təkrarladı

16 May 2017 13:41

Premyer Liqada çempionluğunu rəsmiləşdirən "Çelsi" 34-cü turdan təxirə salınmış oyunda "Vatford"u 4:3 hesabıyla məğlub edib. Çempionluq gətirən əsas heyətə 9 dəyişiklik edən Antonio Konte Con Terriyə də son dəfə "Stamford Bridge"də meydana çıxmaq imkanı yaradıb.

Bakıda əri ilə dalaşan qadından DƏHŞƏTLİ ADDIM

16 May 2017 13:40

Dünən Bakının mərkəzində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Özünü Qoqol küçəsindəki binadan ataraq intihar edən 31 yaşlı Susanna Şərifova evli, 2 uşaq anası olub.

Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri açıqlandı

16 May 2017 13:34

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun olaraq "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri"nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə 9 nəfərdən ibarət komissiya yaradılıb.

“İnsan resurslarının idarə edilməsi” üzrə təlimlər təşkil edilib

16 May 2017 13:30

SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin mütəxəssisləri-daxili təlimçilər tərəfindən şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzində “Azneft” və “Azərikimya” İstehsalat Birliklərinin, Nəqliyyat İdarəsinin və “Neftqaztikinti” Trestinin kadr, personalla iş və əmək haqqı şöbələrinin işçiləri üçün “İnsan resurslarının idarə edilməsi” üzrə təlimə start verilib.

''Günəşli” yatağında əlavə 4 quyu qazılacaq

16 May 2017 13:28

''Günəşli” yatağında əlavə 4 quyunun qazılması üçün 11 saylı Dərin Dəniz Özülündə aparılan yenidənqurma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə.

Erməni kəşfiyyatına işləyən azərbaycanlı satqınlar Rusiyadan maliyyələşib?

16 May 2017 13:27

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş Tərtərdəki hərbi hissənin həbs olunan hərbçilərindən danışıb.

Oqtay Əsədov: “Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atıb”

16 May 2017 13:25

Milli Məclisin bugünkü iclasında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsi müzakirə edilib. “Olaylar” xəbər verir ki, deputat Arif Rəhimzadə bildirib ki, həqiqətən də bu addım cəmiyyətdə çox xoşagəlməz reaksiya yaradıb: “Ümumrusiya Azərbaycan Konqresi ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə yaradılıb.

Bahar Muradova: “Rusiyadakı sonuncu addım Azərbaycana qarşı düşmənçilik mövqeyidir”

16 May 2017 13:24

"Bu məsələ ilk növbədə Rusiyanın sərbəst toplaşmaq məsələsinə olan, vətəndaşına olan münasibətidir. Biz Azərbaycanda rus dilini və mədəniyyətini inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin.

Texniki işçilər nəzərə alınacaq

16 May 2017 13:22

Mayın 16 – da BMM – də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli keçirilən mətbuat konfransında şərtləri və komissiyanın üzvlərinin adlarını açıqlayıb. Konfransda . Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməli olduğu bildirilib.

Mixail Zabelin: “Rusiyada başqa millətlərə tolerant münasibət yoxdur”

16 May 2017 13:19

“Rusiya da Azərbaycan kimi çoxmillətli ölkədir. Azərbaycanda bütün xalqlara bərabər münasibət göstərilir, ölkədə tolerantt mühit var. Təəssüflər olsun ki, biz Rusiyada tolerant mühitin olduğunu görmürük”.

Arvadını soyundurub küçəyə atdı, çəkiclə öldürdü

16 May 2017 13:18

Türkiyənin İzmir şəhərində dəhşətli qətl hadisəsi törədilib. İzmirin Dikili mahalında 59 yaşlı Yahya Cengiz adlı kişi boşadığı xanımını soyundurub, küçəyə atıb, sonra da başına dəfələrlə çəkiclə vurub. Həyatını itirən qadının 33 yaşı olub. Onlar arasında yaranan mübahisədən sonra əri onu qətlə yetirib. 

Məcburi köçkün tələbələrə ŞAD XƏBƏR

16 May 2017 13:04

Dövlət ali təhsil müəssisələrində ödənişli bölmələrində təhsil alan məcburi köçkünlər təhsillərini ödənişsiz davam etdirəcəklər. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.