Gündəm
“Real”ın futbolçusu “Mançester Yunayted”lə anlaşdı
"Real"ın yarımmüdafiəçisi Hames Rodrigesin yeni komandasının adına aydınlıq gəlib. Kolumbiyalı futbolçu karyerasını İngiltərədə davam etdirəcək.
Nikaha daxil olmaq istəyən 301 nəfərdə talassemiya aşkarlanıb
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin aprel ayının sonuna qədər müayinədən 268174 nəfər keçib. Səhiyyə nazirliyindən “Olaylar” – a bildirlib ki, aprel ayı ərzində isə 9653 nəfər müayinədən keçib.
“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilib
Milli Məclisinin mayın 16-da keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihə barədə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.
MTRŞ sədri: "Xarici telekanalların Azərbaycanda yayımı standartlara uyğunlaşdırılacaq"
"Bu gün Milli Məclisin plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılan "Kabel şəbəkəsi yayımı haqqında" qanunun qəbul edilməsi kabel şəbəkəsi sahəsində fəaliyyəti daha da inkişaf etdirəcək".
Moskva hər gün sobada 50 nəfəri yandırmağa icazə verdi - Krematori QALMAQALI
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyanı Suriya rejiminin dəhşətlərini tanımağa çağırıb. Diplomat bir gün əvvəl ABŞ Dövlət Departamentinin Suriya prezidenti Bəşər Əsədə yönəlik ittihamlarına istinad edib.
"ÜAK-ın ləğvi ilə bağlı qərarın mənfi nəticələri olacaq"
Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. Bu qərarın mənfi nəticələri mütləq olacaq.
Telefon nömrələri ilə bağlı qaydalar dəyişdi
"Telekommunikasiya haqqında" qanuna dəyişikliklər edilib. Sözügedən qanuna 33.1.3-2-ci, 33.1.3-3-cü, 40.3.5-1-ci, 40.3.5-2-ci, 40.3.5-3-cü, 40.3-1-ci və 48.5-ci maddələr əlavə edilib. 33.1.3-2 maddəsində rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatları daxil etmək;
Rəsmi Bakı Rusiyaya etiraz etdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı müsahibə verib.
Əczaçılıq zavodunda partlayış: ölənlər var
Çinin Hunan vilayətində əczaçılıq zavodunda partlayış olub. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb. 2 nəfərin itkin düşdüyü bildirilir. Partlayışın səbəbi hələ bilinmir. Araşdırma gedir.
Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş birgə “Tədbirlər Planı”na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Uşaq Teatrının “Həyatla oyun” tamaşası cari ilin 15maytarixində 10 saylı cəzaçəkmə müəssisəsində nümayiş olunub. “OLAYLAR”-ın Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, maarifləndirmə funksiyasını yerinə yetirən və narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan. tamaşa məhkumlar tərəfindən böyük maraqla qarşılanıb.
Dənizçilik sahəsi ilə bağlı ixtisaslaşmış sayt fəaliyyətə başlayıb
Azərbaycanda dəniz sahəsinə aid ixtisaslaşmış seanews.az saytı fəaliyyətə başlayıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, ilk nömrəsi 1931-ci ildə işıq üzü görən və çapına heç vaxt ara verilməyən “Dəniz” qəzetinin online versiyası olan saytda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və onun tərəfdaş şirkətləri haqqında daim yenilənən xəbərlər, maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, gündəmə uyğun operativ açıqlamalar, maraqlı araşdırmalar nüfuzlu ekspert rəyləri yer alacaq. “Seanews.az” da Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq dəhlizləri, Xəzərdə aparılan neft-qaz əməliyyatları barədə də mütəmadi məlumatlar yerləşdiriləcək. Məqsəd bu sahədəki yeniliklərin ilk mənbəyi olmaq, baş verənləri maksimum operativ şəkildə oxuculara çatdırmaqdır. Gələcəkdə saytın ingilis dilində versiyası da fəaliyyət göstərəcək.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO Hərbi Komitəsinin “Qətiyyətli dəstək” formatında keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, tədbir mayın 17-də NATO-nun mənzil-qərargahında baş qərargah rəisləri səviyyəsində keçiriləcək.
TRT-də qalmaqal - 8 rəhbər işçi işdən çıxarıldı
TRT-nin baş direktoru Şenol Göka keçən həftə istefa vermişdi. Dünən isə 8 nəfər rəhbər vəzifədən uzaqlaşdırılıb. Vəzifədən uzaqlaşdırılanlar arasında baş nazirin köməkçisi Numan Kurtulmuş katibliyindən TRT-də vəzifəyə gətirilən Bünyamın Korkmaz, Ş.Gökanın şəxsi katibi Alper Altuğ, Musiqi Departamentinin rəhbəri Amber Türkmen, Xarici əlaqələr bölməsinin müdiri Çağlar Tankur da var.
Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Vladimir Putinə MÜRACİƏT ETDİ
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov qurum ətrafında yaranmış məsələyə diqqətlə yanaşması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Ledi Qaqa yeni filmə çəkilir
Dünyaca məşhur müğənni Ledi Qaqa yeni filmə çəkilir. 31 yaşlı müğənni "A Star Is Born" adlı lentdə baş rollardan birini oynayacaq. Filmdə onun tərəf-müqabildi Brendli Kuperdir. Ledi Qaqa dünən Nyu-Yorkda çəkiliş meydanına yollananda reportyorlar onu müşayiət ediblər.














