Nikaha daxil olmaq istəyən 301 nəfərdə talassemiya aşkarlanıb
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin aprel ayının sonuna qədər müayinədən 268174 nəfər keçib. Səhiyyə nazirliyindən “Olaylar” – a bildirlib ki, aprel ayı ərzində isə 9653 nəfər müayinədən keçib.
16 May 2017 14:33 SosialÖlkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin aprel ayının sonuna qədər müayinədən 268174 nəfər keçib. Səhiyyə nazirliyindən "Olaylar" - a bildirlib ki, aprel ayı ərzində isə 9653 nəfər müayinədən keçib. Müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu məlum olub. Aprel ayı ərzində müayinədən keçmiş 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.