Gündəm

Bu şəxslərə də diplomatik pasport veriləcək - parlament təsdiqlədi

16 May 2017 15:02

“Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. “Olaylar”-ın məlumatına görə, qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub. 

Oqtay Əsədov  Rusiya Dövlət Dumasının sədri ilə danışacaq

16 May 2017 15:01

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək. “Olaylar” xəbər verir ki, bu barədə O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: “Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.

Deputat çağırış etdi: “Rəsmilər vəziyyətə aydınlıq gətirməlidir”

16 May 2017 15:00

“Son zamanlar Azərbaycan Beynəlxalq Bankı ilə mətbuatda çoxlu məlumatlar yer alır. Bu,  bankda vaxtı ilə baş verən proseslər çox ciddi problemlərə gətirib çıxarıb”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov bildirib. O qeyd edib ki, Azərbaycan rəsmiləri yaranmış vəziyyətlə bağlı dövlət televiziyasında vəziyyətə aydınlıq gətirməlidir.

Əmək Nazirliyində “Sosial xidmətin inkişafı” tvinninq layihəsi başa çatıb

16 May 2017 14:58

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) dəstəyi ilə və Avstriya Respublikasının aidiyyəti qurumları ilə əməkdaşlıq şəraitində icra olunan “Sosial xidmətin inkişafı” tvinninq layihəsi başa çatıb. Layihənin yekunlarına dair keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, yerli və beynəlxalq ekspertlər iştirak ediblər.

Türkiyə prezidentinə sui-qəsd... - ABŞ kəşfiyyatının tamamlanmayan layihəsi

16 May 2017 14:56

“Ərdoğan-Tramp görüşü ABŞ prezidenti üçün hakimiyyəti dövründə ən çətin görüş olacaq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün amerikalı həmkarı Donald Trampla nəzərdə tutulan görüşünü şərh edən “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül bildirib.

Rusiya Ali Məhkəməsinin erməni lobbisini sevindirən qərarı

16 May 2017 14:54

Nə qədər təəssüfedici olsa da, Rusiya Ali Məhkəməsi mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdi. Azərbaycan rəsmilərinin çoxsaylı müraciətləri, səfir Polad Bülbüloğlunun Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü və Milli Məclisin hüquq komisiyasının sədri, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynlinin təcili olaraq Moskvaya göndərilərək rusiyalı həmkarlarıyla görüşlər keçirməsi də Konqresinin qeydiyyatının ləğvi prosesini dayandıra bilmədi.

Ermənistan dövləti ləğv edilməlidir

16 May 2017 14:51

Ermənistanla diplomatik dillə danışdıqca işğalçı ölkə özünü daha da aqressiv aparır, sanki Azərbaycanın ondan çəkindiyini zənn edərək yeni-yeni ərazi iddiaları ilə çıxış edir. Elə bu günlərdə Rusiya-Ermənistan birləşmiş komandanlığının rəhbərinin Ermənistanın “tarixi torpaqlarının” bərpasının zəruriliyi haqqında verdiyi sərsəm bəyanat da belə deməyə əsas verir.

Rusiya-Azərbaycan münasibətləri çətin sınaq qarşısında

16 May 2017 14:49

Bakı və Moskva Azərbaycanın heç də arzu etmədiyi çətin sınaq mərhələsini yaşayır. Səbəb Rusiya Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərəzli və sifarişli qərar qəbul etməsidir. Xəbərlərdən də məlum olduğu kimi, Rusiya Ali Məhkəməsi mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərar qəbul edib. Sözügedən qərarın qəbulunu o səbəbdən xüsusi sifariş hesab etmək olar ki, konqresin qeydiyyatının ləğvi barədə göstərilən əsaslar kifayət qədər məntiqsizdir.

Aygünün biznesmen nişanlısının İrandakı xanımı və qızı

16 May 2017 14:47

Xalq artisti Aygün Bayramovanın nişanlısı, iranlı iş adamı Fəraməz Gərmrudinin həyat yoldaşı və kiçik qızı Kəramənin Bakıda, qadın məclislərinin birində çəkilmiş fotosunu əldə edib.

Mənzil kirayə bazarında qiymətləri kim müəyyən edir?

16 May 2017 14:42

Azərbaycanda tikinti bumunun  kifayət qədər inkişaf etməsinə baхmayaraq vətəndaşlar hələ də mənzil problemi ilə yaşamaqda davam edir. İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda mənzillər baha olduğundan hətta tikilmiş binalardakı mənzillərin satışı mümkün olmur.

Səlim Müslümovdan pensiyaçılara yeni xəbər

16 May 2017 14:40

Bu ilin iyununda əmək pensiyası ilə bağlı qüvvəyə minəcək dəyişikliklər indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq.  Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.  Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında qanuna dəyişikliklər edilməsi barədə" qanunun iyunun 1-dən qüvvəyə minməsi barədə müvafiq sərəncam imzalayıb.

Tələbə qız müəllimindən doğduğu uşaqlarından imtina etdi

16 May 2017 14:38

Qara dəniz Texniki Universitetində 8 il əvvəl təhsil aldığı zaman müəllimi T.Y. -dan 2 uşağı olan İ.S. sevgilisinin onu tərk edib həyat yoldaşının yanına dönməyindən sonra uşaqlarını dövlətə vermək üçün iddia açıb.

Yezidilər Ermənistanı tərk edəcəklər - Etirazlar başladı

16 May 2017 14:37

"Yezidi Milli Birliyi" təşkilatının sədri Aziz Tamoyan Ermənistanda məktəblərin optimallarşdırılmasına etiraz edib. Tamoyan bu gün jurnalistlərlə keçirdiyi görüş zamanı öz narahatlığını bildirib.