Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə danışacaq
Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək. “Olaylar” xəbər verir ki, bu barədə O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: “Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.
16 May 2017 15:01 SiyasətAzərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək. "Olaylar" xəbər verir ki, bu barədə O. Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: "Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq".