Rusiya-Azərbaycan münasibətləri çətin sınaq qarşısında

Bakı və Moskva Azərbaycanın heç də arzu etmədiyi çətin sınaq mərhələsini yaşayır. Səbəb Rusiya Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərəzli və sifarişli qərar qəbul etməsidir. Xəbərlərdən də məlum olduğu kimi, Rusiya Ali Məhkəməsi mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərar qəbul edib. Sözügedən qərarın qəbulunu o səbəbdən xüsusi sifariş hesab etmək olar ki, konqresin qeydiyyatının ləğvi barədə göstərilən əsaslar kifayət qədər məntiqsizdir.

Kreml bu sınaqdan necə çıxacaq?

Bakı və Moskva Azərbaycanın heç də arzu etmədiyi çətin sınaq mərhələsini yaşayır. Səbəb Rusiya Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərəzli və sifarişli qərar qəbul etməsidir. Xəbərlərdən də məlum olduğu kimi, Rusiya Ali Məhkəməsi mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi barədə qərar qəbul edib. Sözügedən qərarın qəbulunu o səbəbdən xüsusi sifariş hesab etmək olar ki, konqresin qeydiyyatının ləğvi barədə göstərilən əsaslar kifayət qədər məntiqsizdir. ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı gətirilən əsaslara diqqət yetirək. Məsələn, irəli sürülən əsaslardan biri ondan ibarətdir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin adı onun fəaliyyətinin xarakterinə uyğun deyil. O zaman ortaya maraqlı bir sual çıxır. Əgər irəli sürülən əsasda Rusiyanın məhkəmə sisteminin səlahiyyətliləri haqlıdırlarsa, o zaman həmin dairələr 16 il ərzində nədən bu "qanunsuzluğa" göz yumub və ya hansı şərtlər, maraqların təmin olunması qarşılığında ÜAK-ın bu cür fəaliyyətinə şərait yaradıblar. Məlumdur ki, Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə ümummilli lider Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən təsis toplantısı zamanı yaradılıb. Ötən 16 il ərzində konqres məhz təsis toplantısında qəbul etmiş olduğu nizamnamə, eləcə də digər hüquqi sənədlər əsasında fəaliyyət göstərib. ÜAK fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycanla Rusiya arasında münasibətlərin inkişaf etdirilməsi, iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında müstəsna rol oynayıb. Konqresin tərkibində, onun rəhbər strukturlarında təmsil olunan azərbaycanlılar Rusiya iqtisadiyyatı, mədəniyyətinə əvəzsiz töhfələr veriblər. Odur ki, Bakı-Moskva əlaqələrinə əvəzsiz töhfələr verən bir təşkilatın qeydiyyatının ləğvi yalnız və yalnız Rusiya ilə Azərbaycan arasında dərinləşməkdə olan münasibətlərə zərbə vurmaq məqsədi daşıyır. Bu ssenarinin arxasında isə hansı qüvvələrin olduğu hər kəsə bəllidir. Birmənalı olaraq qeyd edə bilərik ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin korlanması, problemlərin meydana gəlməsində erməni lobbisinin "səmərəli" fəaliyyəti var. Zaman-zaman Rusiyadakı antiAzərbaycan qüvvələr, xüsusilə erməni lobbisi Bakı-Moskva münasibətlərinə kölgə salmağa, ona zərbə vurmağa çalışıb. Elə 2013-cü ilin prezident seçkilərində baş verən proseslər bunun əyani sübutudur. Həmin ərəfədə guya Rusiyanın Azərbaycanda keçiriləcək prezident seçkilərinə namizəd hazırladığı, seçkilər nəticəsində Rusiyanın adamının hakimiyyətə gətiriləcəyi barədə gündəmə gətirilən sərsəm fikirlər də məhz erməni lobbisinin başının altından çıxmışdı. Ancaq son mərhələdə Rusiyanın hakim elitası, Kremlin rəsmiləri erməni yalanlarını ifşa edərək Azərbaycanın daxili işlərinə qarışmadıqlarını öz jestləri, tarixi səfərləri ilə ifadə etdilər. Əslində belə də gözlənilirdi. Çünki Moskvada gözəl anlayırlar ki, Azərbaycan Rusiya ilə münasibətlərə həmişə yüksək səviyyədə önəm verib olmuş, şimal qonşumuzlıa bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf etdirib. Təsadüfi deyil ki, Azərbaycan Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan regionda hər zaman Rusiyanın strateji maraqlarını nəzərə alıb, qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirib. Bu münasibətlər dərin köklərə malikdir. Bu gün Rusiyada bəlli antiAzərbaycan dairələrin səyi nəticəsində ÜAK-ın qeydiyyatı ləğv edilsə də, lakin Azərbaycanda rus icmaları, təşkilatları heç bir maneə görmədən, dövlətin dəstəyi sayəsində normal fıaliyyətini davam etdirir. Hələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıb və bu siyasət hazırda da davam etdirilir.

Əslində Rusiyadakı bəzi antiAzərbaycan dairələrin ölkəmizə qarşı belə bir məkirli plan həyata keçirəcəyi gözlənilən idi və Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyinə yüksək rütbəli rusiyalı rəsmilərin qatılması tezliklə şimal qonşumuzdakı ermənilərə sürpriz bəxş ediləcəyi görüntüsünü yaratmışdı. Məlumat üçün qeyd edək ki, həmin yubiley tədbirində Rusiyanın bütün hakim elitası, o cümlədən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak edib. Həmçinin Prezident V.Putin ona təbrik məktubu göndərib. Bütün bunlar Rusiyadakı müəyyən dairələrin erməni lobbisinin alətinə çevrildiyini söylıməyə əsas verir.

Ancaq Azərbaycan cəmiyyəti olaraq ümid edirik ki, Rusiyanın əsas söz sahibləri erməni maraqları naminə Moskva-Bakı münasibətlərinin pozulmasına imkan verməyəcək və növbəti məhkəmə instansiyasında ÜAK-la bağlı qəbul edilmiş sifarişli qərar ləğv olunacaq.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31