Gündəm

“Hamısı öldürüləcək!” - ABŞ rəsmən xəbərdarlıq etdi

16 May 2017 15:35

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul şəhərində tamamilə mühasirəyə alınıb. Bu haqda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi bildirib. Koalisiya nümayəndəsi terror qruplaşmasının şəhər ətrafında tam məğlubiyyət aldığını deyib.

Avropada oktyabrın 1-də yeni dövlət yaranacaq - REFERENDUM

16 May 2017 15:33

İspaniyanın şimali-şərqində yerləşən Kataloniya muxtar vilayətinin müstəqilliyi haqqında referendum oktyabrın 1-də keçirilə bilər. Bu haqda İspaniyanın “La Vanguardia” qəzeti bildirib. Nəşrin yazdığına görə, Kataloniya muxtar vilayətinin hökumət sədri Karles Puçdemon referendum tarixini gələn həftə elan edəcək. Puçdemonun özü daha əvvəl bildirib ki, onun İspaniya paytaxtına planlaşdırılan səfəri Madridlə referendumun keçirilməsi haqqında danışıqlar aparmaq imkanıdır.

Rusiyaya sanksiya - "Yandex", "V kontakte", "Odnoklassniki" bağlandı

16 May 2017 15:31

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin milli təhlükəsizlik və müdafiə Şurasının qərarını təsdiqləyib. Qanun layihəsinə əsasən, ölkə ərazisində "V kontakte", "Odnoklassniki", "Mail.ru", "Yandex" kimi sosial şəbəkələrin fəaliyyəti qadağan olunub.

Parlamentlərarası dostluq qrupunun rəhbəri ÜAK-ın ləğvinə münasibət bildirdi

16 May 2017 15:29

Mayın 15-də Rusiyada məhkəmənin qərarı ilə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi xoş hadisə deyil. Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib. O bildirib ki, təsirli apelyasiya şikayəti hazırlamaq, hüquqi çərçivədə qərarın dəyişdirilməsinə nail olmaq lazımdır: "Madam ki, məsələ məhkəməyə kimi gedib, onda bu problemi Rusiya qanunvericiliyinə əsasən, həll etmək lazımdır. Lakin mən bir məqamı qeyd etmək istəyirəm. İki ölkə və vətəndaşlar arasında çox yüksək səviyyədə əlaqələr mövcuddur.

İnsan orqanizmi üçün təhlükəli hesab olunan at əti kimə məxsusdur?

16 May 2017 15:27

Bir sıra kütləvi informasiya vasitələrində (KİV) “Meat Trading” MMC-nin direktoru Hüseynov Ceyhun Kamil oğlu və vergi ödəyicisi-fiziki şəxs Qarayev İlham Teyyub oğlu tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşları Daşkəsən RPŞ-nin əməkdaşları ilə birgə 26 aprel 2017-ci il tarixində saat 20.05 radələrində Daşkəsən rayonu, Quşçu körpü kəndində “Elba” MMC-yə məxsus əmlak kompleksinin binasına MMC-nin direktorunun və etibarnaməli nümayəndəsinin iştirakı olmadan baxış keçirilməsi, baxış zamanı aşkar olunmuş ət məhsullarından at əti “Meat Trading” MMC-nə məxsus olması, hər iki soyuducu kamerada aşkar olunmuş iribuynuzlu heyvan-dana əti və ət məhsulları vergi ödəyicisi-sahibkar Qarayev İlham Teyyub oğluna məxsus olması, baxış zamanı “Elba” MMC-yə məxsus hər hansı mənşəyi bilinməyən ət və ət məhsullarının aşkar edilməməsi, eləcə də ərazinin “Meat Trading” MMC-yə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsi, onların fəaliyyətinin tam qanuni olması bildirilir. Dövlət Baytarlıq Nəzarəti Xidməti insanları çaşdıran, yanlış məlumatla əlaqədar bildirir ki, Daşkəsən rayonu, Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən "Elba" MMC-yə məxsus kəsim və emalı fabrikində 26 aprel 2017-ci il tarixində aparılan tədbir Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilmişdir.

ÜAK-ın ləğvi Azərbaycan-Rusiya arasındakı münaisbətlərə xələl gətirmək məqsədi daşıyır

16 May 2017 15:25

Milli Məclisin mayın 16-da keçirilən iclasında millət vəkilləri Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsinə etirazlarını bildiriblər. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə etirazını bildirən Milli Məclisin sədr müavini  Bahar Muradova qeyd edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məsələ təkcə azərbaycanlılara qarşı deyil, qonşu ölkənin sərbət toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir: “ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məsələnin məqsədli şəkildə atıldığını hesab etmirəm.

OPEC-in qərarı nə olacaq?

16 May 2017 15:18

Ötən il noyabrın 30-da Neft İxrac edən Ölkələr Təşkilatı, OPEC-in Vyanada keçirilən görüşündə neft hasil edən ölkələr tərəfindən hasilatı azaltmaq razılığına gəlinmişdi. Həmin qərarın müddəti bu ilin iyun ayında başa çatır.

Rusiyada partlayış: Yaralılar var

16 May 2017 15:16

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub. Qaz sızması nəticəsində çoxmərtəbəli binanın üçüncü blokunda partlayış baş verib. İlkin ehtimala əsasən, iki nəfər xəsarət alıb. Hadisə vaxtı girişdə 14 nəfərin olduğu deyilir.

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması reallaşır

16 May 2017 15:12

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.“Olaylar” xəbər verir ki, qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Qüdrət Həsənquliyev: “Prezident seçkiləri ərəfəsində Rusiyanın Azərbaycana qarşı təxribatları və təzyiqləri artır”

16 May 2017 15:11

Milli Məclisin iclasında Azərbaycan Silahlı Qüvvələri daxilində ifşa olunmuş təxribatçı qrupun fəaliyyətində Rusiyanın rolunun araşdırılması barədə məsələ qaldırılıb. Deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, bir qrup Azərbaycan hərbiçisinin erməni kəşfiyyatına məlumat ötürməsi faktları ciddi araşdırılmalıdır. 

Siyavuş Novruzov ölüm hökmünün bərpasının əleyhinə çıxıb

16 May 2017 15:09

Milli Məclisin mayın 16-da keçirilən iclasında  iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölüm hökmünün bərpası ilə bağlı təklifinə etiraz edib.

Diasporla Komitəsi ÜAK-la bağlı etiraz bəyanatı yaydı

16 May 2017 15:06

2017-ci il mayın 15-də Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi bütün Azərbaycan ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi narahatlıqla qaşılanıb.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

16 May 2017 15:05

Azərbaycanın dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinin pozulmasına görə cəzalar sərtləşdirilib.“Olaylar”ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Şəhərsalma və Tikinti Məcəlləsi dəyişdirildi– müddət azaldıldı

16 May 2017 15:03

Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər Milli Məclisin iclasında müzakirə olunub. “olaylar” xəbər verir ki, dəyişikliklərə əsasən, tikinti layihələrinin həyata keçirdiyi ərazilər üzrə ərazi-tikinti planlarının rolu artırılır. Belə ki, ərazi üzrə ümumi tələbləri nəzərdə tutan bu planlar fərdi qaydada tikinti layihələrinin layihələndirilməsini, şəhərsalma normativlərinin əvvəlcədən nəzərə alınmasını xeyli asanlaşdıracaq.