ÜAK-ın ləğvi Azərbaycan-Rusiya arasındakı münaisbətlərə xələl gətirmək məqsədi daşıyır

Milli Məclisin mayın 16-da keçirilən iclasında millət vəkilləri Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsinə etirazlarını bildiriblər. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə etirazını bildirən Milli Məclisin sədr müavini  Bahar Muradova qeyd edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məsələ təkcə azərbaycanlılara qarşı deyil, qonşu ölkənin sərbət toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir: “ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məsələnin məqsədli şəkildə atıldığını hesab etmirəm.

Deputat: "Diqqətli olmalıyıq ki, kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər"

Milli Məclisin mayın 16-da keçirilən iclasında millət vəkilləri Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi məsələsinə etirazlarını bildiriblər. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə etirazını bildirən Milli Məclisin sədr müavini  Bahar Muradova qeyd edib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məsələ təkcə azərbaycanlılara qarşı deyil, qonşu ölkənin sərbət toplaşmaq məsələsinə, vətəndaşına olan münasibətidir: "ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məsələnin məqsədli şəkildə atıldığını hesab etmirəm. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münnasibətlərin inkişaf səviyyəsinə gəlib çıxıması o deməkdir ki, orada bizi sevənlər də çoxdur. Bunu onların politoloqları, siyatçiləri tərəfindən açıq şəkildə də deyilir. Bu addım orada olan bəzi qüvvələrin Azərbaycana qarşı düşmənçilik mövqeyidir".  Azərbaycanda tolerantlığın hökm sürdüyünü deyən Milli Məclisin sədr müavini söyləyib ki, Azərbaycanda rus dili və mədəniyyətinin inkişafı Rusiyanın xoşuna gəlməsi ilə bağlı deyil: "Azərbaycan tolerant ölkədir və burada yaşayan bütün xalqlaır münasibət eynidir.  Bu baxımdan ölkəmizdə rus dili və mədəniyyəti inkişaf etdirlir. Təbii ki, biz də istərdik ki,başqa ölkədə yaşayan azərbaycanılılara belə münasibət göstərilsin.  Bu baxımdan ÜAK-la bağlı məsələ hüquq müsəvisində həll olunmalıdır. Düşünürəm ki məsəlı öz həllini tapacaq. Azərbaycanlı Rusiya vətəndaşlarından tələb olunur ki. onlar buraxdığı nöqsanları aradan qaldırsınlar və birliyə həmrəyliyə, dostluğa vahid mövqedən çıxış etməyə söykənərək məsələnin həllində vasitəçi olsunlar. ÜAK-ın burada mövqeyi əsasdır. Məsələ yaxın zamanda həllini tapacaq". Millət vəkili, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynli bildirib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub: "Rusiya tərəfi bilməlidir ki, Ali məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək. Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib. İndi isə növbə Rusiyanındır".

Millət vəkili, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin də Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən narahatlığını bildirib. İcma rəhbəri söyləyib ki, konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərar artıq hər kəsi narahat etməyə başlayıb. Son  dövlərlər ica tərəfindən Rusiya Federasiyasının bütün aiddiyyatı qurumlar və sturukturlarına məsələ ilə bağlı müraciət edildiyini deyən M. Zabelin qeyd edib ki, Azərbaycan dövlətinin ölkədə yaşayan ruslara münasibətini yüksək qiymətləndirir: " Rusiya Federasyasında da tolerantlığın olduğu deyilir. Lakin hazırki vəziyyət orada olan xalqlara Azərbaycanda göstərilən münasibətin göstərilmədiyini sübut edir.  Biz Azərbaycanda dilimizə, mədəniyyətimizə göstərilən hörməti və diqqəti yüksək qiymətləndiririk. Buna görə  ÜAK ətrafında gedən proselər bizi çox təəccübləndirib. Son günlər mən ÜAK-ın rəhbərliyi ilə əlaqə saxlamışdım və danışıqlardan əmin idim ki, ötən gün məhkəmə məsələ ilə bağlı müsbət qərar qəbul edəcək. Lakin axşam saatlarında bildim ki, məhkəmə ÜAK-ın qeydiyyatını ləğv edib. Bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Mən deputatlara minnətdarlığımı bildirirəm ki, onlar obyektiv olaraq məsələyə münasibətlərini ifadə etdilər. Azərbaycan-Rusiya hökumətlərarası komissiyası bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır".Sözügedən məsələnin Azərbaycan ictimaiyyətini narahat etdiyini deyən deputat Siyavuş  Novruzov bildirib ki, ÜAK-ın Rusiyanin Ədliyyə Nazirliyinin müraciəti əsasında  ləğv edilməsi  Azərbaycan-Rusiya arasındakı münaisbətlərə xələl gətirmək məqsədi daşıyır: "Rusiyada bəzi qüvvələr öz dövlət maraqlarını üstün tutaraq Azərbaycan-Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Bu məsələlərin qarşısını alınmalıdır. Azərbaycanda Rusiya ilə bağlı məktəb, bağçalar var. Bu  addım ümum münasibətlərin pisləşməsinə xidmət edən addımdır". Millət vəkili qeyd edib ki Azərbaycan hər zaman Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda öz neytrallığını qoruyub saxlayır, başqa siyasətə qoşulmur, tərəfsiz siyasət həyata keçirir: "Lakin Rusiyadan  bunun qarşılığını görmürük. Hesab edirəm ki. Azərbaycan Parlamenti, eləcə də  dostluq qrupu Rusiyaya ciddi müraciət etməlidir". Şıxışı zamanı aidiyyatı strukturlara müraciət edən S. Novruzov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərərən Rusiya QHT-ləri qanunvericilik və fəaliyyət baxımından Azəraycan qanunlarına uyğun şəkildə hesabat təqdim etməlidir: "Çünki bu ciddi və ictimaiyyəti narahat edən məsələdir.  Partiyalararası və dövlətlərarası əlaqələr ölkələr arasında münasibətlərin korlanmasına xidmət edən addıma yol verməməlidir. Rusiya parlamentindəki dostluq qrupunun üzvləri münasibət bildirməlidir ki, iki ölkə arasında münasibətlər korlanmasın".

Deputat Vahid Əhmədov deyib ki, Rusiya faktiki Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir. Eyni zamanda, Azərbaycanın dövlət başçısının müstəqil siyasətini yaxın buraxmaq istəmir: "Rusiya hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanla təhdid dili ilə danışır. Biz də buna hazır olmalıyıq. Bununla yanaşı, Azərbaycanda yaşayan rusdilli insanlara qarşı münasibəti eyni səviyyədə saxlamalıyıq. Bu məsələdə diqqətli olmalıyıq. Kimlərsə bundan ölkəmizə qarşı istifadə etməsinlər". V.Əhmədov onu da bildirib ki, Azərbaycan NATO ilə inteqrasiya yolunu tutmalıdır: "Amma bununla belə Rusiya ilə münasibətlərin yaxşı olması üçün səylərini davam etdirməlidir". Deputat Zahid Oruc çıxışı zamanı bildirib ki, ağılla Rusiyanı dərk etmək mümkün deyil. O qeyd edib ki, ÜAK-ın ləğvi ermənilərin Rusiya dövləti üzərində qələbəsidir: "Mən başa düşmürəm ki, Rusiya ilə əməkdaşlıqdan kimlər narahatdır? Əminəm ki, qeydiyyat ləğvi məsələsi axıra kimi mümkün olmayacaq". Müzakirələrin yekunu olaraq spiker Oqtay Əsədov deputat Əli Hüseynliyə Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupuna məkrub hazırlamağı tapşırıb.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31