Gündəm
Ölkədə azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb
Fikir, söz, məlumat azadlığı, plüralizm demokratik cəmiyyətlərə xas xüsusiyyətdir. İstənilən ölkənin demokratik prinsiplərə, ənənələrə necə sadiq olduğu, bu prinsipləri inkişaf etdirib-etdirməməkdə maraqlı olub-olmadığı məhz qeyd etdiymiz amillər əsasında müəyyən edilir. Bu baxımdan Azərbaycanda qeyd edilən prinsiplərin ən yüksək səviyyədə qorunduğunu söyləmək olar.
Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri
Ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür. Televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd müəyyənləşdirə bilərlər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
Metropoliten yay qrafikinə keçir
Bakı metropolitenində stansiya, şaxta və tunellərin ventilyasiya sistemi may ayının 15-dən noyabr ayının 15-dək yay qrafikinə keçirilib. Bununla əlaqədar ventilyatorların yeni 1 və 2 №-li iş qrafiki tətbiq edilib. “OLAYLAR”-ın səhmdar cəmiyyətə istinadən verdiyi xəbərə görə, keçən ildən metropolitendə ventilyatorların iş rejimi ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir.
Paytaxtın 2 rayonunda səyyar qəbul keçiriləcək
Mayın 19-da paytaxtın Xətai və Suraxanı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
ÜAK-ın ləğvi: Rusiya maraqlarını ermənilərə qurban verir?
Rusiyanın hakimiyyət dairələrindəki düşərgələnmə, Ermənistanın və erməni diasporunun maliyyəsindən asılı duruma düşmüş kölə təfəkkürlü bir neçə məmurun "təşəbbüsü" nəticəsində Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti dayandırılıb.
ABŞ insanlar arasında belə fərq qoydu
Los-Ancelesin beynəlxalq aeroportunda zəngin sərnişinlər üçün xüsusi terminal açılıb. Məşhur ulduzlar, iş adamları, idmançılar və b. paparatsilərin, eləcə də pərəstişkarların “hücum”una məruz qalmamaq üçün xüsusi yol zolağından keçəcəklər. Bu kateqoriyadan olan insanlardan başqa kim təyyarədə 4 min dollaradək pul xərcləyə bilərsə, həmin terminaldan istifadə edəcək.
“Dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir”
"Kontakt Home" mağazalar şəbəkəsi müştəriləri necə aldadır?
Ölkədə fəaliyyət göstərən əksər irili-xırdalı mağazalarda satışa çıxarılan malların keyfiyyəti şübhə doğurmaqdadır. Xüsusən, xarici istehsal olan məişət avadanlıqları bazarında qeyri-müəyyənlik hökm sürməkdədir. Üstəlik məhşur mağazalar müxtəlif şirnikləşdirici təkliflərlə müştəriləri aldatmaqla məşğuldir.
Əmək Nazirliyində müzakirə
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mərkəzi Bankın nümayəndələri və “MasterCard Worldwide” beynəlxalq kart şirkətinin ekspertləri ilə görüş olub. Görüş əmək və sosial müdafiə sahələrində həyata keçirilən islahat tədbirlərinin nağdsız ödənişlərin genişləndirilməsi prosesində rolunu təhlil etmək və bu sahədə gələcək fəaliyyət istiqamətlərinə dair məlumat və fikir mübadiləsi aparmaq məqsədini daşıyıb.
Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “İncəsənət Vasitəsilə Ünsiyyət” layihəsini bu il də davam etdirir. Bu il layihə müddətində 114-dən çox uşaq dərnəklərdə yeni bacarıqlar qazanacaq, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdiməklə həm özləri sevinəcək, həm də izləyənlərini sevindirəcəklər.
Əkbər Qoşalı: “ÜAK-ın ləğvi çoxlu suallar doğurur”
“Rusiya Federasiyasındakı Azərbaycanlıların ən böyük ictimai birliyini dövlət qeydiyyatının ləğv edilməsi, əlbəttə, çoxlu suallar doğurur. Özü çoxmədəniyyətli, polietnik gerçəklik və xarakterdə olan Rusiya toplumunun da belə bir qərara münasibətsiz qalmaması lazımdır, deyə düşünürəm. Əlbəttə, RF-nin daha yuxarı yetkilərə malik dövlət orqanlarının bu yanlış “ləğvetmə qərarı”nın özünü ləğv edəcəyini arzu və ehtimal edirəm. Ancaq bu işlər yalnız arzularla həll olunmadığı da bir gerçəkdir”. Bunu Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Sədaqət Vəliyeva: "İki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirmək olmaz"
"Son bir neçə gündür ki, islam dünyasının nəbzi Bakıda vurur”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Dortmund "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşdi
Dortmund "Borussiya"sı mövsümün sonunda baş məşqçi Tomas Tuhellə yollarını ayıracaq. Buna səbəb çalışdırıcının həm prezident, həm də oyunçularla problem yaşamasıdır. Dortmund təmsilçisi artıq yeni baş məşqçisini də tapıb. Bundesliqa klubu "Nitsa"nın çalışdırıcısı Lusyen Favre ilə anlaşıb. İlkin razılığa görə, tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.
Şagirdlərə fövqəladə hallarda davranış qaydaları öyrədilir
“Məktəblinin dostu” layihəsi çərçivəsində “Fövqəladə hallarda davranış qaydaları” adlı təlimlərə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, təlimlərin keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, məktəb kollektivlərinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

.jpg)












.jpg)