Metropoliten yay qrafikinə keçir

Bakı metropolitenində stansiya, şaxta və tunellərin ventilyasiya sistemi may ayının 15-dən noyabr ayının 15-dək yay qrafikinə keçirilib. Bununla əlaqədar ventilyatorların yeni 1 və 2 №-li iş qrafiki tətbiq edilib. “OLAYLAR”-ın səhmdar cəmiyyətə istinadən verdiyi xəbərə görə, keçən ildən metropolitendə ventilyatorların iş rejimi ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir.

Bakı metropolitenində stansiya, şaxta və tunellərin ventilyasiya sistemi may ayının 15-dən noyabr ayının 15-dək yay qrafikinə keçirilib. Bununla əlaqədar ventilyatorların yeni 1 və 2 №-li iş qrafiki tətbiq edilib. "OLAYLAR"-ın səhmdar cəmiyyətə istinadən verdiyi xəbərə görə, keçən ildən metropolitendə ventilyatorların iş rejimi ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir. Ümumiyyətlə, "Bakı Metropoliteni" QSC təsis olunduqdan sonra yeraltı nəqliyyatda mikroiqlim şəraitinin öyrənilməsi, sahənin yenidən qurulmasının əsas tərkib hissələrindən biri olub. Bu müddət ərzində ventilyasiya sisteminin işinin optimallaşdırılması ilə bağlı bir sıra əsaslı yeniliklər öz əksini tapıb. Tədbirlər planına uyğun olaraq stansiyalarda və tunellərdə orta temperatur, rütubət, havanın tərkibindəki tozluluq normalar çərçivəsinə gətirilib. Ötən ilin yay mövsümünün nəticələri də öyrənilərək yeniliklərin tətbiqi üzərində iş daha da dərinləşdirilib. Cari ilin yay mövsümünə hazırlıq dövründə ventilyatorların daha səmərəli iş rejimində işlədilməsinin potensialından istifadə olunması üçün bu ildə tərtib edilmiş qrafik bir qədər də təkmilləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31