Gündəm

ÜAK prezidenti: "Rusiya Ədliyyə Nazirliyinin məqsədi təşkilatın qeydiyyatını ləğv etdirmək idi"

16 May 2017 17:47

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Fazil Qurbanov təşkilatın ləğvi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Rusiyanın bütün regionlarında yaşayan 2 milyondan çox azərbaycanlını birləşdirən Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılıb: “16 ilik fəaliyyəti ərzində təşkilat Rusiyada vətəndaş sülhünün və millətlərarası anlaşmanın möhkəmlənməsində, Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafı və dərinləşməsində böyük rol oynayıb.

Bakıda bomba həyəcanı yaşadan saxlanılıb

16 May 2017 17:39

Mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Sərhədçi stadionunda bomba var, adam göndərin", - deyərək telefonu söndürüb. DİN-in "102 Zəng Mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.

2200 ədəd siqaret aşkar edilib

16 May 2017 17:38

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə,  yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Çantadakı şəxsi əşyaların arasında dəyənək aşkar edilib

16 May 2017 17:37

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda dəyənəyə oxşar predmetin təsviri görünüb. Həmin baqaja təkrar yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında 1 ədəd qara rəngli metaldan hazırlanmış dəyənək aşkar olunub.Xatırladaq ki, vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı belə dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur. Faktla bağlı araşdırma aparılır.

Deputat: ÜAK-ın ləğvi müəyyən qüvvələrin təsiri altında olub

16 May 2017 17:07

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi müəyyən qüvvələrin təsiri altında olub. Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə daim müdaxilə edən, bu münasibətləri kəskinləşdirmək üçün bütün vasitələrdən istifadə edərək dövlətlərarası münasibətlərə xələl gətirən qüvvələrin fəaliyyətinin nəticəsidir.

“Hövsan – 5” liman yedək gəmisi əsaslı təmir olunub

16 May 2017 16:43

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Hövsan-5” liman yedək gəmisi əsaslı təmir olunub. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, gəminin gövdəsinin yararsız mexanizmləri dəyişdirilib, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları da sazlanıb. Həmçinin, işçi heyətin kayutları, sanitar qovşaqları və yeməkxana tamamilə yenilənib. Ən əsası , gəminin baş və köməkçi mühərrikləri, nasosları, separatorları, boru sistemlərinin yüksək keyfiyyətdə təmiri həyata keçirilib. Bütün bu proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Registr yoxlanışından keçəndən sonra gəmi yenidən istismara qaytarılacaq.

Sünnət əslində Bütpərəst adətiymiş – Xeyri və zərərləri haqda  ŞOK DƏLİLLƏR

16 May 2017 16:42

Sünnət bugünkü cəmiyyətlərdə geniş tətbiq olunan kimi görünsə də, eyni zamanda heç vaxt tətbiq olunmayan cəmiyyətlərin sayı da əhəmiyyətli qədərdir. Dünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, dünyanın kişi əhalisinin yalnız  30 faizi sünnətlidir. Sünnət sanki bir tabu halına gəldiyi və qaçılmaz bir zərurət kimi göründüyü Müsəlman cəmiyyətlərdə bu əməliyyatın zərərli və ya lazımsız olduğunu demək belə topun ağzına qoyulmaq üçün yetərli bir səbəbdir.

Baş Prokurorluq xəbər portalının rəhbərinə xəbərdarlıq edib

16 May 2017 16:39

“Anaxeber.az” internet portalının rəhbəri Azər Talıbov Baş Prokurorluğa çağırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Anaxeber.az” internet portalında müxtəlif vaxtlarda dərc olunmuş məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulmaqla həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və dövlət orqanlarının rəsmi məlumatlarına əsaslanmayan dövlət sirri təşkil edən, yəni dövlətin hərbi, xarici-siyasi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək məlumatlar ictimailəşdirilib.

Rusiyanın 3 vilayətində daşqınlarla əlaqədar fövqəladə rejim tətbiq edilib

16 May 2017 16:34

Rusiyanın Tümen, Omsk və Kirov vilayətlərində yaz daşqınları ilə bağlı fövqəladə rejim tətbiq edilib.  unu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov Fövqəladə hallar üzrə Hökumət Komissiyasının Tümendə keçirilən iclasında bildirib.

"ÜAK-ın ləğvi siyasi xarakter daşımır"

16 May 2017 16:32

"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarında siyasi səbəb axtarmaq lazım deyil".  Bunu "Novaya Rossiya" hərəkatının rəhbəri, politoloq, məşhur ictimai xadim Nikita İsayev deyib.

İntiharı ilə bütün Bakını silkələyən SOCAR-ın işçisinin ölümünün qandonduran detalı...

16 May 2017 16:29

Bir neçə gün əvvəl 30 yaşlı Elgün Əsədovun Xətai rayonu Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi hadisəsinin bəzi detalları üzə çıxıb.

Bakılı oğlanlar rus qızın həyatını cəhənnəmə çevirdi – “ Bir nəfər anamın yanında öpdü”

16 May 2017 16:27

ADA-da  təhsil alan Kamila Petrinçova azərbaycanlı oğlanların onu bezdirdiyini deyib. Öz feysbuk hesabında paylaşdığı yazıda gənc xanım onu narahat edən oğlanlara “ Mən küçədə tutulacaq heyvan deyiləm”.- deyə müraciət edib:

Yağış yağacaq

16 May 2017 16:25

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacağı gözlənilir.