Səyyar ASAN xidmət Mərdəkan və Abşeron Gənclər Evində

Səyyar ASAN xidmət 16 - 31 may tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində  vətəndaşlara səyyar formada kommunal xidmətlər ("Azərişıq", "Azərsu" ASC  və "Azəriqaz" İB) göstərəcək. Səyyar ASAN xidmət tərəfindən Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar ASAN xidmətin 10 avtobusu və həmçinin səyyar ASAN qatar dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31