Gündəm

"Cəbhəboyu zonadakı yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları" təsdiq edilib

16 May 2017 18:41

Azərbaycan Prezidenti İlham Əliyev "Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Afaq Məlikova "Şərəf" ordeni ilə təltif edildi

16 May 2017 18:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Afaq Məlikovanın "Şərəf" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Üzgüçümüz İslamiadada 3-cü qızıl medalını qazandı

16 May 2017 18:27

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 3-cü qızıl medalını qazanıb. 200 m məsafəyə batterflay üsulu ilə üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

Azərbaycan diplomatlarının fəaliyyətinə nəzarət qaydaları dəyişdirilir

16 May 2017 18:25

Azərbaycanın diplomatik orqanlarının əməkdaşlarının fəaliyyətinə nəzarət genişləndirilir, bütün diplomatik xidmətdə olanların fəaliyyətinin attestasiya edilməsi qaydası konkretləşdirilir. Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Diplomatik xidmət haqqında" qanuna əlavə və dəyişiklik təklif edilir.

Xalq artistinin nəvəsinin doğuş videosu yayıldı

16 May 2017 18:23

Tanınmış stilist Şəfəq Ramizqızı qızının doğuş videosunu paylaşıb. Görüntüləri stilistin kürəkəni çəkib. Belə ki, Ayan Şəfəqi doğum otağında yalnız qoymayan həyat yoldaşı doğum prosesini telefonu ilə lentə alıb. Daha sonra həm doğuş otağındakı görüntüləri, həm də qızının həyəcanlı anlarını Şəfəq öz İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Şirvan şəhərinin içməli su təchizatı yaxşılaşdırılır

16 May 2017 18:21

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Şirvan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına qədər Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində şəhərdə mövcud infrastrukturun yenilənməsi istiqamətində tədbirlər görülür.

İslam Həmrəyliyi oyunları ilə bağlı növbəti hesabat veriləcək

16 May 2017 18:19

İslam Həmrəyliyi oyunlarının növbəti hesab mətbuat konfransi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, nayın 17-də keçirilməsi nəzərdə tutulan mətbuyat konfransı Şəhriyar adına sarayın Media Mərkəzində baş tutacaq. Mətbuat konfrnasında nazir Azad Rəhimov iştirak edəcək.

Tarixi Muzeyində “Muzeylər: müasir tendensiyalar”

16 May 2017 18:16

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin AMEA - nın Tarixi Muzeyi ilə imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən muzeyin konfrans zalında 18 may - Beynəlxalq Muzeylər gününə həsr olunmuş "Muzeylər: müasir tendensiyalar" adlı konfrans keçirilib.

Bakıda cibgir qadın saxlanıb

16 May 2017 18:15

Paytaxt Bakıda cibgirliklə məşğul olan qadın saxlanıb. DİN-dən verilən mlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-da Bakı şəhər sakini Əsgər Mirzəyevin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Sonya Kazımova tutulub. Faktla bağlı araşdırma aparılır. 

Silsilə oğurluq törədən keçmiş məhkumun əlləri qandallanıb

16 May 2017 18:14

DİN-dən verilən mlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 5 həyətyanı sahədən, 2 avtomobildən, 2 evdən və 1 mağazadan pul, inşaat materialları, təmir-tikinti alətləri, akkumulyator, ev quşu, ərzaq məhsulları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Rasim Məmmədov, Zaur Məmmədov və əvvəllər məhkum olunmuş Xəyal Verdiyev tutulublar.

Evləri qarət edən şəxslər  yaxalanıb

16 May 2017 18:13

Sabunçu rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də Yeni Ramana qəsəbəsindəki evlərdən birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Bununla da Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əsədov tutulub. Eyni zamanda, Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da Yasamal rayonu ərazisindəki evlərdən birinin zirzəmisindən təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Xalıqov tutulub. Ətrafında aparılan tədbirlərlə onun 1 avtoyuma məntəqəsindən, 1 qarajdan, 5 evdən, 4 avtomobildən pul, yuyucu qurğu, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına məsuliyyətlə hazırlaşıb"

16 May 2017 18:11

"IV İslam Həmrəyliyi Oyunlarının açılışı çox yüksək səviyyədə təşkil edilmişdi. Açılışın bu səviyyədə keçirilməsi mənim üçün gözlənilməz idi. İdmançıların təntənəli yürüşünü həyəcan və sevinclə izlədim. Deyə bilərəm ki, hər şey Olimpiya Oyunlarına oxşayırdı. Tədbirin təşkilati məsələləri də çox xoşuma gəldi. Bəlkə də Azərbaycandakı kimi İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə açılışı təşkil olunmayıb".

Pakistan Prezidenti İlham Əliyevi təbrik etdi

16 May 2017 18:09

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir

16 May 2017 18:08

Azərbaycanda həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir.  Bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa dəyişiklik təklif edilir. Hazırda qüvvədə olan qanuna əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirri təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.

Erməni əsgər ölüm ayağındadır - Anası müdafiə nazirini ittiham etdi

16 May 2017 18:07

Ermənistan ordusunda xidmət edən 20 yaşlı əsgər David Tadevosyan artıq iki həftədir ki, huşsuz vəziyyətdə Ermənistanın Mərkəzi Klinik hərbi hospitalına köçürülüb. Ararat vilayətinin Yeğeqnavan kəndindən olar erməni hərbi qulluqçu işğal edilmiş Qarabağın Hadrut qəsəbəsində yerləşən hərbi hissələrdən birində təxminən iki aya yaxın xidmət etdikdən sonra sağlamlıq vəziyyəti kəskin pisləşib və getdikcə kritik hal alıb. Həkimlərin onun xəstəliyinə çatə tapa bilmədiyi deyilir.