Evləri qarət edən şəxslər  yaxalanıb

Sabunçu rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də Yeni Ramana qəsəbəsindəki evlərdən birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Bununla da Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əsədov tutulub. Eyni zamanda, Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da Yasamal rayonu ərazisindəki evlərdən birinin zirzəmisindən təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Xalıqov tutulub. Ətrafında aparılan tədbirlərlə onun 1 avtoyuma məntəqəsindən, 1 qarajdan, 5 evdən, 4 avtomobildən pul, yuyucu qurğu, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31