Üzgüçümüz İslamiadada 3-cü qızıl medalını qazandı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 3-cü qızıl medalını qazanıb. 200 m məsafəyə batterflay üsulu ilə üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı nəticəsi 1:57.72 olub.

Gümüş və bürünc medallara müvafiq olaraq türkiyəli üzgüçülər Kaan Özcan və Samet Alkan sahib olublar. Xatırladaq ki, bundan öncə təmsilçimiz M.Şemberyov İslamiadada 1500 m məsafəyə sərbəst üsulla və 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışlarında qızıl medal əldə etmişdi.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31