Gündəm

Ağır atletimiz İslamiadanı bürünc medalla başa vurdu

16 May 2017 19:50

Azərbaycanın ağır atleti Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurub. Bu gün çəkisi 94 kq olan kişilər körpücük üzərinə çıxıblar. Yığmamızın üzvlərindən Nailxan Nəbiyev və Rövşən Fətullayev medal mübarizəsinə qoşulublar.

Smartfonlar üçün xüsusi proqram həkimlərin işini daha səmərəli edəcək

16 May 2017 19:46

Kanadanın Toronto Universitetinin alimlər qrupu tərəfindən yaradılmış  xüsusi proqram təminatı uzaq məsafədən sadə analizlər həyata keçirməyə imkan verəcək. Belə proqram həkimlərin işini daha səmərəli edəcək.

Yeni peyk təyyarələri “Wi-Fi” şəbəkəsi ilə təchiz edəcək

16 May 2017 19:41

Kanaveral kosmodromunda ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısının uğurlu buraxılışı həyata keçirilib.  Raket orbitə təyyarə və gəmi sərnişinləri üçün genişzolaqlı internetə çıxışı təmin edəcək "Inmarsat-5 F4" telekommunikasiya peykini çıxarıb. Seriyada dördüncü və sonuncu olmaqla qlobal "Global Xpress" peyk şəbəkəsinin yaradılmasını tamamlayacaq aparat ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb. Peykin proqnozlaşdırılan istismar müddəti 15 il təşkil edir.

“Apple” musiqi əlavəsi “Windows Store” mağazasında istifadəyə veriləcək

16 May 2017 19:35

"Apple" şirkəti "Build" proqram tərtibatçıları konfransında "Windows Store" mağazasında "iTunes" musiqi əlavəsinin istifadəyə verilməsi ilə bağlı planlarını açıqlayıb. Məlumata görə, istifadəçilər "Apple" musiqi proqramını tez-tez axtarsalar da, ondan "Windows Store" mağazasında yararlanmaq imkanından məhrumdurlar. Bununla əlaqədar olaraq "Microsoft" korporasiyası "Apple" ilə proqramın əldə edilməsi üçün danışıqlar aparıb.   

“WannaCry” proqramının yeni versiyasından istifadə edən hücumların qarşısı alınıb

16 May 2017 19:30

Xəbər verildiyi kimi, “Twitter” sosial şəbəkəsində “MalvareTechBlog” adı ilə tanınan Böyük Britaniya proqramçısı böyük əks-səda doğuran fırıldaqçı “WannaCry” (digər adları WannaCrypt, WCry, Wana Decrypt0r və WanaCrypt0r) proqram təminatının yayılmasını müvəqqəti dayandırmağa nail olub. Belə ki, tədqiqatçı tərəfindən zərərli proqramı koduna yerləşdirməklə onu söndürməyə imkan verən domen adı aşkarlanıb. Bununla belə, informasiya təhlükəsizliyi üzrə ekspertlər “WannaCry” proqramının “MalvareTechBlog” metodunun təsir göstərmədiyi digər domenə malik ikinci versiyasını müəyyənləşdiriblər.

Yüngül ekzoskelet yaşlı insanları təsadüfi yıxılmalardan xilas edəcək

16 May 2017 19:26

Lozanna Federal Politexnik Məktəbindən olan alimlər qrupu tərəfindən hazırlanmış yüngül ekzoskelet yaşlı insanları təsadüfi yıxılmalardan qoruyacaq. Yaşlı insanlar müxtəlif səbəblərdən hərəkət etməkdə çətinlik çəkə bilərlər. Məsələn, yaşlı insanın ayağı büdrəyə və o, yıxılaraq güclü zədə ala, yaxud ayağı sına bilər.

Rəngli şəkillər rəngdən istifadə edilmədən çap ediləcək

16 May 2017 19:21

Danimarka Texniki Universitetinin tədqiqatçıları rəngli fotoşəkillərin çapı üçün rəngdən istifadə etməyən lazer printer yaradıblar. Alimlər qrupu qanadları və lələkləri əlvan rəngləri işığı udan piqmentlər vasitəsilə deyil, işığı molekulyar səviyyədə yayaraq struktur rənglər yaradan tovuzquşu və kəpənəklər kimi varlıqlardan ilhamlanıblar. Bildirilir ki, tədqiqatçılar bir-birindən 200 nanometr məsafədə yerləşən minlərlə mikroskopik millə örtülmüş plastmas təbəqədən istifadə edərək bu kiçik elementləri işıq istehsal etmək üçün nazik germanium qatı - metal parıltılı ağ-boz maddə ilə örtüblər.

Bu həftə Musiqili Teatrda

16 May 2017 19:17

Naxçıvan teatr tarixindən bəhs edən kitab

16 May 2017 19:15

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun "Naxçıvan teatrına dair tədqiqlər" kitabı işıq üzü görüb. Bölmədən "Olaylar" - a bildirlib ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçiriləcək

16 May 2017 18:57

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Küveytin Qadın Məsələləri üzrə Komitəsinin sədri Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi

16 May 2017 18:52

Azərbaycan Prezidenti İlham Əliyev Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabahın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan almalarına görə 2 məmur həbs olundu - Ermənistanda

16 May 2017 18:51

Azərbaycan almalarına görə Ermənistanda iki məmur həbs olunub. Dövlət Gəlirləri Komitəsinin məmurları rüşvət qarşılığında Azərbaycan almalarının qaçaqmal yoluyla ölkəyə girişinə icazə verməkdə ittiham olunurlar. 

20 Yanvar hadisələri zamanı aldıqları xəsarətlərdən vəfat etmiş şəxslərə fəxri ad verildi

16 May 2017 18:42

Prezident İlham Əliyev "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.