Azərbaycan alimləri Daşkənddə

Özbəkistanın paytaxtı Daşkənddə "Özbəkistanın mədəni irsi-xalqlar və millətlər arasında dialoqa aparan yol" adlı beynəlxalq konfrans keçirilir. 36 ölkədən 350-dən çox alimin iştirak etdiyi konfransda Azərbaycanı AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev və Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova təmsil edir.

Akademiyadan "Olaylar" - a bildirlib ki, konfransın açılış mərasimində tədbirin təşkilat komitəsinin sədri Akmal Saidov çıxış edərək Özbəkistanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdən danışıb. Sonra X.Əsədova "Milli İncəsənət Muzeyinin kolleksiyasında ənənəvi özbək mədəniyyəti aləmi" mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində özbək xalqının yaratdığı milli parçalar, tikmələr, metal məmulatları, təsviri sənət nümunələri, həmçinin cəmi 50 ədəd çap edilmiş Quranın bir nüsxəsinin muzeydə qorunduğunu bildirib.

Konfrans öz işini mayın 16-da Səmərqənddə davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31