Gündəm

Taekvandoçumuz İslamiadada yarımfinala yüksəldi

17 May 2017 11:21

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Ayxan Tağızadə Əfqanıstan təmsilçisi Ruhullah Nikpa ilə qarşılaşıb. Avropa Oyunlarının qalibi A.Tağızadə rəqibindən üstün döyüş nümayiş etdirib - 28:14.

Ombudsman Aparatı: "Rusiyadakı soydaşlarımızın birləşmə azadlığı hüququ məhdudlaşdırılmış oldu"

17 May 2017 11:22

Azərbaycanı sevməyən qüvvələrin təhriki ilə Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi Rusiyada yaşayan soydaşlarımızın birləşmə azadlığı hüququnu da məhdudlaşdırmış oldu.

Məktəblərdə sosial məzuniyyətə çıxanların dərs yükü vakansiyaya çıxarılmayacaq

17 May 2017 11:19

Azərbaycanda orta məktəblərdə sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, bu, "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları"nda öz əksini tapıb.

Rusiyada yanğında ikisi uşaq olmaqla dörd nəfər ölüb

17 May 2017 11:17

Rusiyanın Xakasiya Respublikasında yaşayış evində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

İstanbulda zirehli polis avtomobilinə hücum

17 May 2017 11:15

Türkiyənin İstanbul şəhərində zirehli polis avtomobilinə atəş açılıb. Naməlum şəxlər gecə saatlarında Bəyoğlu rayonunda polisə hücum etdikdən sonra qaçmağa müvəffəq olublar. Şübhəlilərin neçə nəfər olduğu hələ bilinmir. Polis onların axtarışı üçün əməliyyata başlayıb. Hadisə zamanı zərərçəkən olmayıb.

Türkiyədə partlayış

17 May 2017 09:48

Özcan Aslını Muradın əlindən aldı - İDDİA

16 May 2017 20:10

Müğənni Murad Boz və aktrisa Aslı Enverin ayrılığı ilə bağlı gözlənilməz iddia səsləndirilib. Ayrılığın səbəbi kimi Muradın Bahar və Nihal Candan bacıları ilə görüntülənməsinin olduğu söylənilsə də, bunun doğru olmadığı deyilir.

8 maddə üzrə axtarışda olan dələduz saxlanıldı - VİDEO

16 May 2017 20:00

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı, xeyli müddət axtarışda olan rayon sakini saxlanılıb. Cinayət məcəlləsinin 8 maddəsi üzrə axtarışda olan Xəqani Əhmədli müxtəlif vaxtlarda həmyerliləri Zamiq Rzayev və digər şəxslərlə qabaqcadan əlbir olaraq rayon sakini Xəyal Həsənova hədə-qorxu gəlmək yolu ilə onun 3500 manat pulunu mənimsəyiblər.