8 maddə üzrə axtarışda olan dələduz saxlanıldı - VİDEO
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı, xeyli müddət axtarışda olan rayon sakini saxlanılıb. Cinayət məcəlləsinin 8 maddəsi üzrə axtarışda olan Xəqani Əhmədli müxtəlif vaxtlarda həmyerliləri Zamiq Rzayev və digər şəxslərlə qabaqcadan əlbir olaraq rayon sakini Xəyal Həsənova hədə-qorxu gəlmək yolu ilə onun 3500 manat pulunu mənimsəyiblər.
16 May 2017 20:00 KriminalCəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı, xeyli müddət axtarışda olan rayon sakini saxlanılıb. Cinayət məcəlləsinin 8 maddəsi üzrə axtarışda olan Xəqani Əhmədli müxtəlif vaxtlarda həmyerliləri Zamiq Rzayev və digər şəxslərlə qabaqcadan əlbir olaraq rayon sakini Xəyal Həsənova hədə-qorxu gəlmək yolu ilə onun 3500 manat pulunu mənimsəyiblər.
Məlum olub ki, qrup üzvləri eyni cinayət əməlini Yardımlı rayon sakininə də törədərək, zorakılıq yolu ilə ondan 5300 manat pul əldə ediblər. 40 yaşlı Xəqani Əhmədli əvvəllər də cinayət məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Milli.Az ARB TV-yə istinadla xəbər verir.