Əlyazmalar İnstitutu ilə Naxçıvan Bölməsinin Əlyazmalar Fondu arasında müqavilə imzalanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Naxçıvan Bölməsinin Əlyazmalar Fondu arasında elmi əməkdaşlıq barədə müqavilə imzalanıb.

Akademiyadan "Olaylar" - a bildirlib ki, dörd il müddətinə nəzərdə tutulan müqavilədə məqsəd qədim kitabların və əlyazmaların toplanması, bərpası, kataloqlaşdırılması, mühafizəsi, tədqiqi və nəşri, həmçinin Azərbaycanın elmi və ədəbi-mədəni potensialını, milli, dini dəyərlərini dünyaya nümayiş etdirməkdir.

Müqaviləyə əsasən tərəflər fondlarındakı qədim əlyazma və çap kitabları ilə tanış olmaq, onların surətlərinin çıxarılmasına şərait yaratmaq, gənc kadrların nəzəri-praktik hazırlığını təşkil etmək kimi öhdəliklər götürüblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31