Gündəm

Metro tikintisi zamanı tunel aşkar edildi - Böyük bir cinayətin qarşısı alındı - VİDEO

17 May 2017 11:58

İstanbulun Bostancı məhəlləsində metro tikintisi işləri zamanı bir zərgər dükanının olduğu binaya doğru açılmış, təxminən 7 metr uzunluğunda tunel ortaya çıxıb. Polis zərgərlik dükanını qarət etmək üçün qazılan tunelin kimlər tərəfindən hazırlandığını araşdırır.

Dayanma-durma qaydasını pozduğuna görə 1760 dollar cərimə edildi - VİDEO

17 May 2017 11:57

Sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Belə ki, ABŞ-da yalnız əlil sürücülər üçün nəzərdə tutulmuş yerdə park etməyin qadağan olduğu və minimum cərimənin 250 dollar nəzərdə tutulduğunu əks etdirən lövhə yerləşdirilib. Əlillər üçün nəzərdə tutulmuş yerdə avtomobilini saxlayan sürücülərə yaxınlaşan polis onları cərimələyir.

Lavrovla görüş Trampı impiçmentə yaxınlaşdırdı

17 May 2017 11:54

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) istefaya göndərilmiş şefi Ceyms Kominin yerinə yeni namizəd irəli sürməyə hazırlaşır. Xüsusi xidmət orqanının rəhbəri postuna namizədin irəli sürülməsi Tramp üçün heç də asan şərtlər altında reallaşmır. ABŞ prezidentinin opponentləri onu Rusiyanın XİN başçısı Sergey Lavrov və Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşü zamanı dövləti sirləri ruslara satmaqda suçlayırlar. Ekspertlərin qənaətinə görə, əgər Trampın Kremllə əlaqələri sübuta yetirilərsə prezident postunda 5 ayını yenicə tamamlamış Ağ Ev rəhbərini impiçmentdən heç kəs xilas edə bilməyəcək.  

İslam Oyunlarınının bağlanışı musiqi festivalı kimi olacaq

17 May 2017 11:51

"IV İslam Həmrəylik Oyunlarına biletlər daha çox İran, Rusiya, Gürcüstan və Yaxın Şərq ölkələri tərəfindən alınıb". Bunu bu gün “Baku 2017” IV İslam Həmrəylik Oyunlarının ötən günləri ilə bağlı hesabat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib. Dəqiq rəqəmləri açıqlamayan nazir bildirib ki, ölkəmizdə keçirilən oyunlar başqa ölkələr tərəfindən də maraqla izlənilir.

Təyyarə “Bermud üçbucağı”nda yoxa çıxdı: 4 sərnişini ilə birgə

17 May 2017 11:49

MU-2B markalı kiçik təyyarə 4 sərnişini ilə birgə Florida ştatı istiqamətində uçarkən radarlardan itib. Sərnişinlərdən ikisi 4 və 10 yaşlı uşaqdır. Təyyarə Puerto-Rikodan havaya qalxıb və yerli vaxtla səhər 11 radələrində onunla əlaqə kəsilib. Bu zaman təyyarə Baham adaları üzərində, 7 min metr hündürlükdə olub.

Azərbaycanda müəllimlərlə bağlı CİDDİ QƏRAR

17 May 2017 11:47

Bu il Azərbaycanda müəllimlərin yerdəyişməsi və işə qəbulunun keçiriləcəyi vaxt açıqlanıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesi tənzimlənəcək.

Ötən gecə baş verən qorxunc HADİSƏ: ODLU YAĞIŞ YAĞDI – VİDEO

17 May 2017 11:46

Çində ötən gecə olan yağışlı havada ağacı ildırım vurması ilə qısa müddətlik odlu yağış effekti yaradıb.  Şenyan şəhərinin mərkəzi küçəsində baş verən bu təbiət hadisəsi avtomobillərdən birinin kamerası tərəfindən lentə alınıb.

Bakıda yaşayış binasında yanğın olub

17 May 2017 11:35

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.“Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İslam həmrəyliyi ilə bağlı tədbir keçirilib

17 May 2017 11:34

Mayın 16-da Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidində “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatının əməkdaşı Vüqar İmamquliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Salmanbəyli kənd “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov, kənd ağsaqqalları, icma üzvləri və müəllimlər iştirak ediblər.

Ermənilər mövqelərimizə 28 mərmi atıb

17 May 2017 11:29

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (28 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub.

Vüqar Rəhimzadə: Bu məsələnin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır

17 May 2017 11:27

“Rusiya-Azərbaycan münasibətləri daim dostluq, mehriban qonşuluq əlaqələri çərçivəsində inkişaf edib. Bu baxımdan belə bir qərarın qəbul edilməsi təəssüf doğurur”.

BNA 15 nəqliyyat vasitəsi ayırdı

17 May 2017 11:26

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yeləşən “Dalğa Arena”da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Düşmən Ağdam istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutub

17 May 2017 11:25

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.