Xalça Muzeyində könüllülərə ustad dərsləri

Xalça Muzeyində, Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi əsasında könüllülərə ustad dərsləri keçirilib. Muzeydən "Olaylar" - a bildirlib ki, tədbirdə muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, İCOM-Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova, muzeyin şöbə müdiri Aygün Abbasova, ADMİU-nun kafedra müdiri, dosent Yeganə Eyvazova, Milli Azərbaycan Tarixi Muzeyinin "Xarici əlaqələr və Elmi-Kütləvi iş" şöbəsinin elmi işçisi Sahibə Ələkbərova və başqaları çıxış edərək Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilib, təbliğ olunması və bütün dünyaya çatdırılmasında könüllülərin xüsusi rolunun olduğunu qeyd ediblər.

Məqsəd muzeyşünas tələbələrin muzey işində təcrübə bacarıq və qabiliyyətlərə yiyələnməsi üçün muzey könüllüləri hərəkatını formalaşdırmaq, inkişaf etdirmək və gənclərin muzeylərə marağının artırılmasından ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31