BNA 15 nəqliyyat vasitəsi ayırdı

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yeləşən “Dalğa Arena”da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yeləşən "Dalğa Arena"da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək. BNA-nın ictimaiyyətlə əlaqələr və maairfləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, bunun üçün 18.05.2017 tarixində Bakı Nəqliyyat Agentliyinin ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun "Koroğlu" stansiyasının qarşısından "Dalğa Arena"ya, eləcə də əks istiqamətdə hərəkət edəcək. Həmçinin, yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun "Neftçilər" stansiyasından "Dalğa Arena" (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31