Gündəm
ADMİU tələbələri "Can Azərbaycan" layihəsində
Gürcüstandan gətirilən külli miqdarda siqaret müsadirə olunub
Gürcüstandan gətirilən 9800 ədəd siqaret müsadirə olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundaı" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin arxa oturacaqlarının altından və cihazlar panelinin içindən ümumilikdə 8000 ədəd "Winston" və ön oturacağının altından 1800 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
İkinci sınaq imtahanı iyunun 11-də olacaq
Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə iyunun 11-də ikinci sınaq imtahanı keçiriləcək.
Dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir
Dünyada islamofob, ksenofob meyillərin baş alıb getdiyi bir vaxtda, müharibə və terrorun islamla bağlamağa cəhd edildiyi bir vaxtda belə tədbirə ev sahibliyi etmək və dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir.
“Neft Daşları”nda yeni quyu qazılır
“Neft Daşları” yatağında 1637A saylı estakadayanı meydançadan 2644 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1900 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
ABŞ-da güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Çərşənbə axşamı ABŞ-ın Viskonsin ştatının Berron dairəsində güclü qasırğa baş verib. Bu barədə yerli WQOW telekanalı məlumat yayıb.
XİN başçısının müavini: "Əgər sülh yolu nəticə verməsə, Qarabağda işğala son qoymağın başqa yolunu axtaracağıq"
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Amma bu yolla sülh əldə olunmasa, işğala son qoyulmasının başqa yollarını axtaracağıq". Bunu Sofiyada olan Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Millət vəkili kabel tv-lərin fəaliyyətindəki çatışmazlıqlardan danışdı
Millət vəkili Əflatun Amaşov Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il mayın 16-da keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Qanun layihəsi ilə əlaqədar cıxış edib.
Olimpiya çempionumuz da İslamiadaya qələbə ilə başladı
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir. +87 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Olimpiya Oyunlarının qızıl mükafatçısı, dünya çempionu Radik İsayev 1/4 finalda Pakistan idmançısı Şah Adillə döyüşüb.
Ebru Gündeşin qazancı heyrətləndirdi
Müğənni Ebru Gündeşin 7 ayda qazandığı məbləğ heyrətləndirib. Sənətçi ötən ilin oktyabrından başlayaraq İstanbulun əsas konsert salonlarından olan "Günay"da 25 konsert verib.
Azərbaycan XİN "Eurasianet"in qeyri-obyektiv mövqeyinə cavab verdi
Əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində və şərəflə yanaşı yaşayıblar və bu, Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyəti və xalqımızın həyat tərzidir.
Əfqanıstanda televiziya şirkəti yaxınlığında PARTLAYIŞ
Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib. Partlayış dövlət televiziya şirkətinin yaxınlığında baş verib. Məlumatda qeyd olunur ki, azı 3 silahlı televiziya binasına daxil olmağa cəhd göstərib.
Ukraynanın ilk Prezidenti ağır ürək əməliyyatı keçirib
Ukraynanın ilk Prezidenti Leonid Kravçuk ağır ürək əməliyyatı keçirib. Onun ürəyinə dörd stent qoyulub. Hazırda sabiq dövlət başçısının vəziyyətinin orta olduğu bildirilir.
Səfirlik: "İslamiada müsəlman ölkələri arasında qarşılıqlı anlaşmanı möhkəmləndərəcək"
İndoneziya Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edir və ümid edirik ki, bu oyunlar İslam ölkələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz töhfəsini verəcək.
"Qadınların açıq-saçıq geyiminin əleyhinəyəm" - Hicablı atletimiz
Bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq. Bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika üzrə yeni rekordlar əldə edərək qızıl medal qazanan idmançımız Anastasiya İbrahimli bu gün keçirilən mətbuat konfransında deyib. O, İslam Həmrəyliyi Oyunlarına çox yaxşı hazırlaşdıqlarını bildirib: "Oyunlara çox yaxşı hazırlaşmışdıq. Əvvəlcədən nəticəni müəyyənləşdirmək olmur. Amma bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq".














