ADMİU tələbələri "Can Azərbaycan" layihəsində
17 May 2017 12:26 MədəniyyətMədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrasının tələbələri Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədi ilə hazırlanan "Can Azərbaycan" adlı layihədə iştirak edib.
Universitetdən "Olaylar" - a bildirlib ki, vokal qrupunun tərkibində Estrada sənəti ixtisasında təhsil alan I kurs Nəzakət Veysəlova, Ləman Qasımzadə, Aydın Verdiyev, II kurs tələbələri Cəlal Məlikli, Bəhruz Kərimli, Şahin İmaməliyev, Ceyhunə Əliyeva, məzun Nicat Nəzirov, musiqi müsabiqəsinin istedadlı gəncləri, uşaq qrupu və oyunlarda milli musiqi üzrə səfir seçilən xanəndə Mirələm Mirələmov yer alır.
Layihənin bədii rəhbəri və ideyası Estrada sənəti kafedrasının baş müəllimi Gülnarə Allahverdiyevaya məxsus olan "Can Azərbaycan" adlı bəstənin musiqisi xalq artisti Faiq Sücəddinova, sözləri millət vəkili Rafael Hüseynova, aranjimanı Muxtar Abseynova, operatoru Çingiz Xankişiyevə, rejissor işi Alex Anişenkoya, Geyim üzrə rəssam işi Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Nəzakət Əhmədovaya həvalə olunub.