Olimpiya çempionumuz da İslamiadaya qələbə ilə başladı
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir. +87 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Olimpiya Oyunlarının qızıl mükafatçısı, dünya çempionu Radik İsayev 1/4 finalda Pakistan idmançısı Şah Adillə döyüşüb.
17 May 2017 12:13 İdmanBakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir. +87 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Olimpiya Oyunlarının qızıl mükafatçısı, dünya çempionu Radik İsayev 1/4 finalda Pakistan idmançısı Şah Adillə döyüşüb.
Rəqibi üzərində tam qələbə qazanan təmsilçimiz R.İsayev yarımfinala vəsiqə qazanıb - 34:8.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31