Dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir
Dünyada islamofob, ksenofob meyillərin baş alıb getdiyi bir vaxtda, müharibə və terrorun islamla bağlamağa cəhd edildiyi bir vaxtda belə tədbirə ev sahibliyi etmək və dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir.
17 May 2017 12:21 SiyasətDünyada islamofob, ksenofob meyillərin baş alıb getdiyi bir vaxtda, müharibə və terrorun islamla bağlamağa cəhd edildiyi bir vaxtda belə tədbirə ev sahibliyi etmək və dünyaya islamın əmin-amanlıq dini olduğunu nümayiş etdirmək mühüm amildir. Həm Avropa Oyunlarına, həm də İslam Oyunlarına ev sahibliyi multikultral dəyərlərin, tolerantlığın necə olduğunu dünyaya göstərir və bunu əməli surətdə sübut edir. İqtisadi məsələlərə gəldikdə, bu, həm də turizmin və daha doğrusu, qeyri-neft sektorunun inkişafı, idmanın inkişafı deməkdir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri siyasi ekspert Arzu Nağıyev səsləndirib O, bildirib ki, hər bir turist və ya iştirakçı Azərbaycan həqiqətlərini görür, erməni təcavüzündən, Dağlıq Qarabağ münaqişəsindən, tarixi ənənələrimizdən, mədəniyyətimizdən xəbərdar olur: "Ən başlıca məsələlərdən biri də təbii ki, təhlükəsizlik məsələlərinin təşkilidir. Yəni belə miqyaslı tədbirlərdə iştirak üçün ən önəmli məsələ təşkilatçılıq və təhlükəsizlik amilidir və bunlar da yüksək səviyyədə həyata keçirilir".