Gündəm

İslamiada qaliblərinə pul mükafatları medalların sayına uyğun ödəniləcək

17 May 2017 12:54

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatlar qazandıqları medal sayına uyğun ödəniləcək. Bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib.

Bakıda mafiyanın gizli sexləri, 2 manatlıq “fəhlə kolbasası”…

17 May 2017 12:51

Son günlər ölkədə murdar, qida üçün yararsız leş ətlərinin tez-tez aşkar edlməsi diqqəti növbəti dəfə kolbasa istehsalına yönəldir. Çünki “Leş mafiyası” tərəfindən belə ətlərin əsasən kolbasa-sosiska sexlərinə verildiyi məlumdur.

Vaşinqtonda ermənilərlə türklər arasında kütləvi dava baş verib

17 May 2017 12:48

Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib. Şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.

Dilçilik İnstitutu televiziya və radiolarda monitorinqlərin aparılması üçün MTRŞ-dan illik vəsaiti istəyir

17 May 2017 12:42

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu televiziya və radiolarda Azərbaycan dilinin mövcud vəziyyəti ilə bağlı monitorinqlərin aparılması üçün Milli Televiziya və Radio Şurasından (MTRŞ) illik vəsait tələb edib. 

Azərbaycan əhalisinin sayı açıqlanıb

17 May 2017 12:41

İlin əvvəlindən ölkə əhalisinin sayı 19 min 441 nəfər və ya 0,2 faiz artaraq 2017-ci il aprel ayının 1-i vəziyyətinə 9 milyon 829 min 422 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfər təşkil edib və bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1051, Lənkəran iqtisadi rayonunda 152, Abşeron iqtisadi rayonunda 151, Gəncə-Qazax 103, Aran iqtisadi rayonunda isə 94 nəfər olub.

Rusiyalı tarixçi: “İnsanlar düşünürlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz”

17 May 2017 12:39

Rusiyalı tarixçi Oleq Kuznetsovun təşəbbüsü ilə Rusiya Dövlət Duması və Rusiya Federal Məclisinin Federasiya Şurasına ünvanlanan Xocalı soyqırımı petisiyası ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən rusiyalı tarixçi bildirib ki, Rusiyada erməni icması azərbaycanlılara nisbətən az təşkilatlanıb: "Onlar bir iş görəndə, 40 nəfəri cəlb edirlər. Lakin bu kadrları daha uğurlu idarə edirlər və dəqiq fəaliyyət planına malikdirlər. Petisiyada 19 min imza toplanıb. 12 mini Azərbaycandan gəlib. 10 milyonluq ölkə üçün bu aşağı rəqəmdir". 

IV İslam Həmrəyliyi Oyunları İtaliya mətbuatında

17 May 2017 12:37

IV İslam Həmrəyliyi Oyunları zamanı Xəzərdən başlayan su səyahəti çərçivəsində suyun müxtəlif regionlara aparılması simvolik olaraq Azərbaycan xalqının birliyini, habelə İslam ölkələrinin və İslam dəyərlərinin həmrəyliyini ifadə edir.

Millət vəkili: "Konqresin ləğvi hər iki ölkənin maraqlarına xidmət etmir" 

17 May 2017 12:35

"Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub". Bu sözləri millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə bütün sahələrdə bərabər hüquqlara əsaslanan yüksək əməkdaşlıq münasibətləri var və bu münasibətlərin yaranmasında və möhkəmlənməsində Ümumrusiya Azərbaycanlılar Konqresinin əhəmiyyəti böyükdür: "Bu konqres öz işini çoxtərəfli və hər iki ölkənin maraqlarını nəzərə alaraq qurub.

Bakıda itkin düşən uşaqla bağlı ŞOK TƏFƏRRÜAT

17 May 2017 12:32

Bakı şəhərində itkin düşən 6-cı sinif şagirdi 11 yaşlı Amil Dadaşovla bağlı yeni məlumatlar bəlli olub. Bu məlumatları itkin düşən uşağın bibisi Sevinc Süleymanova verib. S.Süleymanovanın sözlərinə görə, Respublika Olimpiya İdman Liseyində oxuyan Amil mayın 12-də dərsə getmək adı ilə evdən çıxıb və o gündən ondan xəbər yoxdur. Həmin gün məktəbə də getməyən Amilin axtarışları üçün Yasamal rayon 29-cu polis bölməsinə müraciət edilib. Axtarışlar hələ bir nəticə vermir.

700 bal toplamış abituriyentlər Bakı Mühəndislik Universitetində

17 May 2017 12:29

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 700 bal toplamış abituriyentlər Bakı Mühəndislik Universitetində olublar. “OLAYLAR”-ın xəbərinə gör, Universitetin rektoru, professor Havar Məmmədov həmin abituriyentlər və onların valideynləri ilə görüş keçirib. Rektor Havar Məmmədov, BMU-da olan mühəndislik və iqtisadiyyat üzrə ixtisaslar və bu ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığı üçün universitetin maddi-texniki bazası və akademik heyəti haqqında məlumat verib.

Gənclər Dövlət Neft Fondunda olub

17 May 2017 12:28

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Dövlət Neft Fondunun inzibati binasında baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, məlumat turunda GTMŞ-nın baş katibi Leyla İsrəfilova və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turu zamanı iştirakçılar Fondun inzibati binası və muzey ilə tanış olmuş və Fondun fəaliyyəti haqqında məlumat əldə ediblər.

Niderland Krallığına təhsil səfəri

17 May 2017 12:27

Niderland Krallığının Utrext şəhərinə təhsil səfəri təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, səfərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin sektor müdirləri Anar Qədiməliyev və Lamiyə Şərəfxanova iştirak edib.

Kinoloji it avtomobildə narkotik vasitə aşkar edib

17 May 2017 12:26

Kinoloji it avtomobildən narkotik vasitə aşkar edib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a  verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan ölkəmizə gələn İran vətəndaşının idarə etdiyi "Renault Premium" markalı yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.