700 bal toplamış abituriyentlər Bakı Mühəndislik Universitetində
Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 700 bal toplamış abituriyentlər Bakı Mühəndislik Universitetində olublar. “OLAYLAR”-ın xəbərinə gör, Universitetin rektoru, professor Havar Məmmədov həmin abituriyentlər və onların valideynləri ilə görüş keçirib. Rektor Havar Məmmədov, BMU-da olan mühəndislik və iqtisadiyyat üzrə ixtisaslar və bu ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığı üçün universitetin maddi-texniki bazası və akademik heyəti haqqında məlumat verib.
17 May 2017 12:29 SosialDövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 700 bal toplamış abituriyentlər Bakı Mühəndislik Universitetində olublar. "OLAYLAR"-ın xəbərinə gör, Universitetin rektoru, professor Havar Məmmədov həmin abituriyentlər və onların valideynləri ilə görüş keçirib. Rektor Havar Məmmədov, BMU-da olan mühəndislik və iqtisadiyyat üzrə ixtisaslar və bu ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığı üçün universitetin maddi-texniki bazası və akademik heyəti haqqında məlumat verib.
Qeyd edib ki, universitetdə tələbələrə yüksək səviyyəli tədris verməklə yanaşı müasir dizaynda hazırlanmış yataqxana ilə təmin olunub və asudə vaxtlarının səmərəli keçirmələri üçün şərait yaradılıb. Sonda qonaqlar universitetin kitabxanası, laboratoriyaları və yataqxanası ilə tanış olublar.