Gənclər Dövlət Neft Fondunda olub

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Dövlət Neft Fondunun inzibati binasında baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, məlumat turunda GTMŞ-nın baş katibi Leyla İsrəfilova və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turu zamanı iştirakçılar Fondun inzibati binası və muzey ilə tanış olmuş və Fondun fəaliyyəti haqqında məlumat əldə ediblər.

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Dövlət Neft Fondunun inzibati binasında baş tutub. "OLAYLAR"-a daxil olan məlumata görə, məlumat turunda GTMŞ-nın baş katibi Leyla İsrəfilova və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turu zamanı iştirakçılar Fondun inzibati binası və muzey ilə tanış olmuş və Fondun fəaliyyəti haqqında məlumat əldə ediblər. Neft Fondunun fəaliyyəti haqqında edilən təqdimat vasitəsi ilə iştirakçılar Fondun missiyası, məqsədləri, strukturu, fəaliyyət mexanizmi, investisiya siyasəti, maliyyələşdirdiyi layihələr, Azərbaycan iqtisadiyyatında rolu və eləcə də şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlər haqqında məlumat əldə ediblər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31