Gündəm

"ÜAK-ın ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib"

17 May 2017 13:28

Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib. Bunu Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələrin olduğunu deyən R.Rzayev ÜAK-ın ləğvini də ermənilərin təxribatı sayıb: “Rusiya ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır”.

Nazir İslam Oyunlarının hesabatını açıqladı

17 May 2017 13:26

IV İslam Oyunlarının açılış mərasimindən sonra keçən 5 gün ərzində Azərbaycan idmançıları 41-i qızıl olmaqla, ümumilkdə 82 medal qazanıblar. Bunu bu gün IV İslam Həmrəyliyi Oyunlarının hesabat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

ÜAK-ın ləğv edilməsi  Rusiyada ermənipərəst dairələrin fəaliyyətinin nəticəsidir

17 May 2017 13:22

Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etmişdir. Bunun üçün göstərilən əsaslar tam subyektiv olmuş (məsələn, “təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi”, yaxud “rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması”), hər hansı qurumun ləğvi üçün yetərli olmayan “dəlillərdir”.

Bu proqramlardan istifadə etməyin!

17 May 2017 13:20

"Defensecode LLC" adlı şirkətin informasiya təhlükəsizliyi üzrə mühəndisi Bosko Stankovic istifadəçilərin icazəsi olmadan kompüterlərə yüklənən virus proqaramları müşahidə edib. Onun sözlərinə görə, bu təhlükəli sistem "Chrome" ən son versiyasına belə yüklənilir.

Rusiyaya qarşı müharibə planı arxivə atıldı

17 May 2017 13:18

Kiyev Donetsk və Luqanskın öz nəzarəti altına qaytarılması üçün güc variantına baxmır.  Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində bildirib. Eyni zamanda, nazir əmin olduğunu vurğulayıb ki, Donbasın işğal altında olan əraziləri Ukrayna hakimiyyətinin nəzarətinə mütləq qayıdacaq. “Biz buna əminik. Donetsk və Luqansk Ukraynanın ərazisidir”, - o deyib.

5 uşağı eyni yerdə zorladı: öldürüb cəsədlərin yoxa çıxartdı

17 May 2017 13:13

İngiltərədə dünyanın gördüyü ən qorxunc cütlüklərindən Myra Hindley-in 2002-ci ildə həbsdə ölməyindən sonra Lan Brady də xəstəxanada dünyasını dəyişib. Qatı cinayətkarın can verdiyi məqamda polis illərlə sirr kimi saxladıqları 12 yaşadək qurbanlarının yerini deməyi üçün Brady-ə yalvarıb.

ÜAK-ın ləğvi qərarı Moskva-Bakı münasibətlərinə təsir göstərməyəcək

17 May 2017 13:11

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə mühüm təsir göstərməməlidir. Bunu beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, təşkilatın bağlanması siyasi deyil, hüquqi müstəvidə dayanan bir məsələ olub: “Ona görə, hesab etmək olar ki, heç bir maneə olmadan diasporun maraqlarını müdafiə edən digər təşkilat yaradıla bilər”.

İdarəçilik Akademiyası: Azərbaycandakı rus icmasının nümayəndələri də ÜAK-ın ləğvi qərarından narazıdır

17 May 2017 13:10

Azərbaycandakı rus icmasının nümayəndələri də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə qərarın verilməsindən narazıdırlar. Bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyev deyib. O bildirib ki, ÜAK sıralarında minlərlə azərbaycanlını birləşdirir:

Əl Əttiyah: “Növbəti dəfə daha yaxşı nəticə göstərəcəyimə ümid edirəm”

17 May 2017 13:04

"Mən yarışda hədəfə çox pis atəş açdım. Lakin finaldan çox da geridə deyildim. Əlbəttə ki, məyus oldum”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının kişilər arasında stend atıcılığı yarışlarında 11-ci yerə çıxan Olimpiya oyunlarının bürünc medalçısı və Dakar Ralli yarışlarının iki dəfə qalibi olmuş qətərli snayper Nasser Əl Əttiyah deyib.

ÜST: Hər gün dünyada 3000-dən çox yeniyetmə ölür

17 May 2017 13:02

Hər gün dünyada 3000-dən çox yeniyetmə ölür. İl ərzində bu rəqəm 1,2 milyona çatır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsində deyilir. Məruzə müəlliflərin qənaətinə görə, səhiyyə xidmətləri, təhsil və sosial dəstək lazımi səviyyədə olsa idi, ölüm hallarının qarşısını almaq olardı. Ölüm hallarının 2/3 hissəsi Afrika və cənub-şərq Asiya ölkələrinin payına düşür.

NBC News: Tramp İsrailin İŞİD sıralarındakı agentinin həyatını təhlükə altında qoyub

17 May 2017 13:00

ABŞ prezidenti Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı məxfi məlumatları açıqlamaqla, İsrailin İŞİD terror qruplaşmasının sıralarındakı gizli agentinin həyatını təhlükə altında qoyub.  APA-nın xəbərinə görə, bu barədə NBC News telekanalı adları çəkilməyən ABŞ məmurlarına istinadən məlumat yayıb.

Suriyaya qarşı sanksiyalar genişləndirilib

17 May 2017 12:56

Amerika hökuməti birtərəfli qaydada sanksiya tətbiq etdiyi Suriya fiziki və hüquqi şəxslərinin siyahısını genişləndirib.