Əl Əttiyah: “Növbəti dəfə daha yaxşı nəticə göstərəcəyimə ümid edirəm”
"Mən yarışda hədəfə çox pis atəş açdım. Lakin finaldan çox da geridə deyildim. Əlbəttə ki, məyus oldum”. Bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının kişilər arasında stend atıcılığı yarışlarında 11-ci yerə çıxan Olimpiya oyunlarının bürünc medalçısı və Dakar Ralli yarışlarının iki dəfə qalibi olmuş qətərli snayper Nasser Əl Əttiyah deyib.
17 May 2017 13:04 İdman"Mən yarışda hədəfə çox pis atəş açdım. Lakin finaldan çox da geridə deyildim. Əlbəttə ki, məyus oldum". Bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının kişilər arasında stend atıcılığı yarışlarında 11-ci yerə çıxan Olimpiya oyunlarının bürünc medalçısı və Dakar Ralli yarışlarının iki dəfə qalibi olmuş qətərli snayper Nasser Əl Əttiyah deyib.
O qeyd edib ki, növbəti dəfə daha yüksək nəticə göstərməyə çalışacaq: "Mən yarışa bir gün qalmış Bakıya çatdım. Ona görə də məşq etmək üçün kifayət qədər vaxtım olmadı. Atıcılıq asan idman növü deyil. İdmançı öz üzərində çox çalışmalıdır. Son zamanlarda ralli yarışlarında daha çox iştirak edirəm. Növbəti dəfə daha yaxşı nəticə göstərəcəyimə ümid edirəm".
Qeyd edək ki, 2001, 2002 və 2006-cı illərdə keçirilən qitə çempionatlarında Asiyanın ən yaxşı snayperi adına layiq görülən 48 yaşlı Əl Əttiyah 2011 və 2015-ci illərdə Dakar Rallisi avtomobil yarışlarında, habelə ralli üzrə dünya çempionatlarında da qələbələr qazanıb. Sia.az