Gənc Tamaşaçılar  Teatrı “Səhnədən salam” teatr festivalında

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin paytaxt elan olunmasının 19 illiyi ilə əlaqədar Astana şəhərində ənənəvi olaraq hər il keçirilən "Səhnədən salam" V Beynəlxalq Teatr Festivalı baş tutacaq. Sözügedən Beynəlxalq Teatr Festivalında Gənc Tamaşaçılar Teatrı ölkəmizi təmsil etmək üçün dəvət alıb.

Teatrdan "Olaylar" - a bildirlib ki, iyun ayının 12-dən - 18-dək davam edəcək festivalda ADGTT görkəmli İsveç dramaturqu Lars Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tamaşası ilə iştirak edəcək. Tamaşa bir çox xarici ölkələrdə keçirilmiş Beynəlxalq Teatr Festivallarında  mükafatlar qazanıb.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları Əməkdar Artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktyorlar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31