Merz: Almaniya 2030-cu ilədək süni intellekt imkanlarını dördqat artıracaq-ÖZƏL
16:21 DünyaAlmaniya kansleri Fridrix Merz ölkənin 2030-cu ilə qədər süni intellekt sahəsində hesablama gücünü dördqat artırmağı planlaşdırdığını açıqlayıb. Olaylar.az xəbər verir ki, Merz bildirib ki, Almaniya texnoloji rəqabət qabiliyyətini gücləndirmək və iqtisadi suverenliyini təmin etmək məqsədilə süni intellekt, yarımkeçirici istehsalı və müdafiə sənayesinə investisiyaları artırır.
O, yüksək xərclər və bürokratiyanın ölkə iqtisadiyyatına təzyiq göstərdiyini vurğulayaraq, hökumətin yeni investisiyalar cəlb etməyə və startapların inkişafına şərait yaratmağa çalışdığını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31