Gündəm
Politoloq: “ÜAK-ın qeydiyyatının ləğvi Rusiyanın Azərbaycana mesajıdır”
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi yumşaq dildə desək Rusiyanın Azərbaycana mesajıdır. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Rusiya 60 minlik "müsəlman ordusu"nu Suriyaya yeridir?
Rusiya, əsasən, Şimali Qafqaz respublikalarının nümayəndələrindən ibarət 60 minlik "müsəlman ordusu"nu Suriyaya yeritmək üçün hazırlayıb. Bu haqda Səudiyyə Ərəbistanının "Al Watan" qəzeti "mötəbər mənbələrə" istinadla yazır. Bu ordu əsasən sünnü-müsəlmanlardan ibarətdir. Bildirilir ki, həmin qüvvələrinin bir qismi artıq hərbi polis qismində Hələbdə xidmət keçir. Palmira yaxınlığında, Barrada vadisində isə bir sıra keçmiş sovet respublikalarından olan müsəlmanlardan ibarət muzdlu "Turan" batalyonu yaradılıb.
Tramp Ərdoğandan onun azad edilməsini istədi
ABŞ prezidenti Donald Tramp Ağ Evdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan keşiş Andrev Brunsonun azad edilməsini tələb edib.
Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ AÇDI: Ermənistanın məhvi üçün DARALAN ZAMAN
“Azərbaycan Qarabağın münaqişəsininnizama salınması ilə bağlı Ermənistanın qarşısına son tələbini qoydu: sülh əvəzinə ərazilərin qaytarılması”. Bu barədə erməni jurnalist Naira Ayrumyan əldə etdiyi məlumatlara əsasən yazıb.
Məhkəmə Leyla və Arif Yunusların iclasa məcburi gətirilmələri haqqında qərar qəbul edib
Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
“Kontrabas” “Dostluq çələngi”- ndə
Nuşirəvan Məhərrəmli: “İnternet televiziyalarının fəaliyyəti tənzimlənməlidir”
Ümumiyyətlə, tək Azərbaycanda yox, dünyada televiziya və radio yayımı sahəsində mövcud vəziyyət ürəkaçan deyil. Azərbaycanda bu sahədə problem çoxdur. Amma bunu tək televiziya kanallarının üzərinə yıxmaq düzgün deyil.
Mətbuat ofisi: ATƏT sədri Cənubi Qafqaz regionuna səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurzun Cənubi Qafqaz regionuna səfəri bu il ərzində baş tutacaq. Bu barədə Avstriya sədrliyinin mətbuat ofisindən məlumat verilib. Bildirilir ki, səfərin dəqiq tarixi hələlik müəyyənləşməyib.
İslamiadada boks yığmamızın ilk medalının əyarı bilindi
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsinə start verilib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.
Son dəqiqə: Əbu Xaliq tutuldu - "Reina" ƏMƏLİYYATI - VİDEO
"Reina" terrorçusu Maşaripovun sirr saxladığı kod adı Əbu Xaliq olan Xasan Qulomov tutulub. Yeni il gecəsi İstanbulda "Reina" klubunda öldürülən 39 nəfərin qətliylə bağlı istintaq davam edir. "Reina" terrorunu törədən Maşaripovun yaxın adamlarından olan kritik bir ad da həbs edilib. Başakşehirdəki bir evdə tutulan şübhəli Xasan Qulomovun İŞİD-də Əbu Xaliq kod adını istifadə etdiyi təsbit edilib. Qulomov Hataydan Halit Abbdullah adında düzəldilmiş saxta pasport ilə Türkiyəyə daxil olduğu məlum olub.
Bakı-2017: Atıcılıq komandamız hamıdan dəqiq oldu
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Azərbaycan qızıl medal qazanıb. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gəlib. Üçüncü yeri İranın birinci komandası tutub. Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 7-ci yerlə kifayətlənib.
Türkiyəli generallar Almaniyadan sığınacaq istədi
Ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirakda ittiham olunan iki general Almaniyanın Frankfurt şəhərində sığınacaq istəyib.
16 gün əvvəl yoxa çıxan qız İstanbulda tapıldı
Türkiyənin Zonquldağ şəhərinin Çaycuma mahalında 16 gün əvvəl evdən çıxıb, qayıtmayan məktəbli Döndü K. İstanbuldakı alış-veriş mərkəzlərinin birində tapılıb. 16 gün əvvəl evdən çıxıb, qayıtmayan məktəbli Döndü K. İstanbuldakı alış-veriş mərkəzlərinin birində sevgilisi ilə görüşərkən tapılıb.
Xarici ölkələrlə görüntülü danışıq niyə mümkün deyil?
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi açıqlama verməlidir. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, müvaviq dövlət qurumunun icazəsi olmadan vətəndaşların xarici ölkələrlə video danışığına məhdudiyyət qoyula bilməz: "Artıq iki gündür problem sosial mediada müzakirə olunur. Əvvəllər də "whatsapp" vasitəsilə video zənglərdə müəyyən problemlər yaşanırdı. Hazırda müşahidə olunan görüntülü danışıq probleminin kökü barədə ətraflı məlumat yoxdur.
Şeytan üçbucağı bir ailəni "uddu"
Kiçik təyyarədə olan qadın və onun iki uşağı Bermud üçbucağında yox olublar. Amerikanın dəniz təhlükəsizliyi idarəsindən verilən məlumata görə, bazar ertəsi günü Puorto-Rikodan havaya qalxan təyyarənin qalıqları Baham adalarının 40 mil uzaqlığında tapılıb.














