“Kontrabas” “Dostluq çələngi”- ndə
17 May 2017 13:58 Teatr və kinoGənc Tamaşaçılar Teatrı Belarus Respublikasının Mogilyovskiy vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV "Dostluq çələngi" adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalına dəvət alıb. Teatr festivalda ölkəmizi Patrik Züskindin "Kontrabas" mono-tamaşası ilə təmsil edəcək.
Teatrdan "Olaylar" - a bildirlib ki, festival Belarus Respublikası Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
İyun ayının 28-dən - iyulun 3-dək davam edəcək festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək. Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövbqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.
"Kontrabas" tamaşası da bir çox beynəlxalq festivalların qalibi olub.