Bakı-2017: Atıcılıq komandamız hamıdan dəqiq oldu
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Azərbaycan qızıl medal qazanıb. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gəlib. Üçüncü yeri İranın birinci komandası tutub. Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 7-ci yerlə kifayətlənib.
17 May 2017 13:42 İdmanBakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Azərbaycan qızıl medal qazanıb. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gəlib. Üçüncü yeri İranın birinci komandası tutub. Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Trend.az