Gündəm
Aydın Hüseynov: "İnanırıq ki, ÜAK-la bağlı məsələ müsbət həllini tapacaq"
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı qərar həqiqəti əks etdirməyən subyektiv qərardır. Bu, Azərbaycanla yanaşı, Rusiyanın da maraqlarına uyğun addım deyil. Ümid edirik ki, bu məsələ müsbət həllini tapacaq, Rusiya dövlətinin rəhbərliyi öz müdrikliyini göstərəcək və iki dövlət arasında münasibətlərə xələl gətirəcək heç bir addım atılmayacaq". Bu fikirləri Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov bildirib.
Bakı-2017: Voleybol yığmamız yarımfinala yüksəldi
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışı davam edir. Millimiz qrup mərhələsinin son oyununda Türkmənistanla qarşılaşıb. Buna qədər Pakistanı 3:0, Türkiyə yığmasını isə 3:2 hesabı ilə məğlub edən kişi idmançılarımız bu dəfə türkmənistanlı rəqiblərinə qalib gəliblər - 3:0.
Səudiyyə Ərəbistanı MOK: İslam dünyasının həmrəyliyi üçün İslam Oyunlarının çox mühüm rolu var
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasının həmrəyliyi üçün çox mühüm rolu var. Trend-in məlumatına görə, bunu jurnalistlərə Səudiyyə Ərəbistanı Krallığının Milli Olimpiya Komitəsi prezidentinin müavini, şahzadə Əldüblhəkim Əl Səud deyib. Onun sözlərinə görə, bu idman oyunları müxtəlif müsəlman ölkələrini bir araya gətirirərək, onları bu yarışlar ətrafında birləşdirir: “IV İslam Həmrəyliyi Oyunları çox gözəl təşkil edilib və biz buna görə Azərbaycana təşəkkürlərimizi bildiririk. Belə yüksək səviyyədə təşkilatçılıq İslam həmrəyliyi yolunda bir addım sayılır. Hesab edirik ki, bu cür oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi, idman sahəsində də genişləndirəcək”.
Ərdoğanla Trampın görüşündə tərcümə səhvi
Türkiyə prezindenti Rəcəb Tayyip Ərdoğanın Ağ Evdə həmkarı Trampla görüşü zamanı mətbuata verdiyi açıqlamasında tərcümə səhvi olub. Ərdoğan çıxışında "Terror təşkilatları ilə prinsipial və qərarlı mübarizə məsələsində keçmişdə yaşanan səhvləri kompensasiya edəcək addımların davamının gələcəyinə ümid edirik" desə də tərcüməçi bunu "terror təşkilatlarına qarşı bütün dünyada aparılan mübarizədə, biz keçmişdə etdiyimiz səhvləri təkrarlamayacağız" şəklində ABŞ prezidentinə çatdırıb.
Rusiya Ali Məhkəməsinin qəbul etdiyi qərar son deyil
Rusiyanın Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatınıləğv etməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Hüquqi, siyasi ekspertlərdən tutmuş sıravi vətəndaşlara qədər bütövlükdə Azərbayan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğv olunmasını siyasi sifariş kimi qiymətləndirir.
"10 gündən bir uşaq zorlayırdım" deyən manyak tutuldu
Sosial şəbəkədə yeni doğulan körpələrlə bağlı iyrənc fantaziyalarını bölüşən yeniyetmə ötən gün məhkəməyə çıxarılıb. 19 yaşlı Alan Qrey yeni doğulan körpələri qaçırmaq, zorlamaq və öldürməklə bağlı düşüncələrini dostu ilə paylaşıb. Dünən baş tutan məhkəmədə psixoloq bildirib ki, onun bəraət qazanması mümkün deyil, çünki Alanın ciddi psixoloji problemləri var. The Daily Record-un verdiyi məlumata görə o, həbs olunmaq üçün Ali Məhkəməyə göndərilib.
Kürəkən 8 qohumunu güllələdi
Bu gün səhər saatlarında İranın Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində silahlı insident baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Belə ki, kürəkən həyat yoldaşının bütün ailə üzvlərini güllələyib və hadisə yerindən qaçıb.
“Üzərimizə düşən işi yüksək diqqət və peşəkarlıqla həyata keçirməyə çalışırıq”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yarandığı gündən həyata keçirdiyi qrant müsabiqələrində insan hüquqlarının qorunması, cəmiyyətdə plüralizmin, demokratik mühitin inkişafı məqsədi ilə əhalinin maarifləndirilməsi, eləcə də gənc nəslin vətənpərvər ruhda böyüməsi sahəsində olan layihə təkliflərinin dəstəklənməsi fəaliyyətinin prioritetləri sırasındadır. Şura katibliyinin məsləhətçisi Mirzağa Zaidov deyib ki, son iki ildə icrasına nəzarət üzrə təhkim olunduğum “İnsan hüquqları və demokratiya məsələləri”, “Şəffaflıq və institusional məsələlər” və “Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” istiqamətləri üzrə QHT layihələrinin icra vəziyyəti və əldə olunan nəticələr də qənaətbəxş hesab edilə bilər.
Azərbaycan İslam dünyasının mərkəzlərindən birinə çevrilib
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi, ardınca IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi ölkəmizin İslam ənənələrinə sadiqliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
“ÜAK-ın ləğvi qərarı aşağı səviyyədə həyata keçirilmiş təxribat aktı ola bilər”
Bu gün cəmiyyəti ciddi narahat edən məsələlərdən biri də Rusiya Ali Məhkəməsinin qərarı əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsidir. Azərbaycan cəmiyyətinin bütün təbəqələri birmənalı olaraq bu qərarı sifarişli, erməni maraqlarına xidmət edən addım hesab edir. Elə Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, hüquq müdafiəçisi Əhməd Şahidov da bu qənaətdədir. Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı qərarı şərh edən Əhməd Şahidov deyib ki, bütün imkanların səfərbər edilməsini zəruridir. “OLAYLAR”-a verdiyi müsahibədə Əhməd Şahidov məlum qərarın Rusiya-Azərbaycan münasibətlərinə mümkün təsirləri barədə də danışıb.
Bank sektorunda rəqabət yoxdur
Azərbaycan Beynəlxalq Bankı ətrafında qeyri-müəyyən vəziyyət davam edir. Bu gün hər kəsi düşündürən məsələ bankın borclarının taleyinin necə olması ilə bağlıdır. Bu arada Beynəlxalq Bankın İdarə Heyətinin sədri mediaya açıqlamasında bildirib ki, bankın borclarının restrukturizasiyasının müştərilərə təsiri yoxdu
Ümumxalq tətili keçiriləcək - Yunanıstanda
Mayın 17-də Yunanıstanda ümumxalq tətili keçiriləcək. Məlumata görə, 24 saatlıq tətil Yunanıstanda qənaət siyasətinə etiraz olaraq keçiriləcək. Tətil zamanı dövlət və bələdiyyə müəssisələri, xəstəxanalar, ictimai nəqliyyat, dəmir yolu və hava limanları bağlanacaq.
Konstitusiyaya dəyişiklik istəyi etirazlara səbəb olub
Gürcüstanda yüzlərlə gənc fəal ölkə Konstitusiyasına dəyişikliklərə etirazını bildirmək üçün küçələrə çıxıb. Onlar bununla bağlı keçirilən ictimai müzakirəni etiraz aksiyası ilə pozmağa çalışıblar. Tbilisidəki Dövlət Filarmoniyasının binasında keçirilən müzakirələrdə parlamentin spikeri İrakli Kobaxidze dəyişikliklərə etiraz edən yüzlərlə fəalın fit və hay-küyünə görə toplantını dayandırmalı olub. Bəlli olduğu kimi, hakim "Gürcü Arzusu” Partiyası ölkə Konstitusiyasına bir neçə mühüm dəyişiklik təklifi ilə çıxış edib. Təkliflərin mahiyyəti bundan ibarətdir ki, yeni Konstitusiya prezidentin ümumxalq seçkisi ilə müəyyən edilməsi qaydasını ləğv edəcək. Başqa sözlə, gələcəkdə parlament seçkilərində çoxluq əldə etmiş istənilən siyasi partiya hakimiyyətə gələcək. "Gürcü Arzusu” Partiyası təkliflərin arxasında çoxpartiyalı sistemə daha geniş meydan verilməsi niyyətinin dayandığını bildirir. Müxalifət isə düşünür ki, hakim partiya yeni qaydalarla qeyri-müəyyən müddətə hakimiyyətdə qalmasını təmin etməyə çalışır. Məhz buna görə də bir neçə müxalifət partiyası təkliflərin referenduma qoyulmasını tələb edir.
“ÜAK-ın qeydiyyatının ləğvi dünyadakı erməni lobbisinin sevincinə səbəb olub”
“Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub. Çünki ÜAK Azərbaycanın dünyadakı ən güclü diaspora təşkilatı idi”. Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
“Erməni xalqı qorxuya düşüb”
“Artıq erməni xalqı qorxuya düşüb. Onlar nə qədər hay-küylü bəyanat verirsə, deməli qorxurlar”. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, erməni ordusunda nizam-intizam yoxdur. Politoloqun sözlərinə görə, Ermənistan ordusuna müdafiə naziri qədər bələd olan və Dağlıq Qarabağda müharibə zamanı kəşfiyyatçı olmuş Vova Vartanov Ermənistanın Azərbaycana düşmən münasibətdə olan İŞİD-lə əməkdaşlıq etməli olduğunu deyib. Politoloq həmçinin Rusiya-Ermənistan Birləşmiş Qoşun Qrupunun komandanı, general-mayor Andranik Makaryan RF-in prezidenti və ali baş komandanı V.Putinin ona əmr edə bilməyəcəyi ilə bağlı fikrini şərh edib.














