Gündəm

Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar

17 May 2017 15:22

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov  Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün  mayın 17-dən  19-dək  Serbiyanın paytaxtı Belqrada  səfərə gedəcəklər.

26 tibb bacısının diplomu saxta çıxdı

17 May 2017 15:21

"Səhiyyə Nazirliyi tərəfindən cari ilin 5 ayı ərzində səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 26  saxta diplom aşkarlanılıb". Bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Vaşinqtonda tarixi görüş

17 May 2017 15:17

Soçi görüşündən sonra Türkiyə cəmiyyətinin əsas diqqəti mayın 16-da keçirilən Ərdoğan-Tramp görüşünə yönəlmişdi. Bu görüş həmin vaxta təsadüf edirdi ki, bir tərəfdən Ankara Vaşinqtonun heç də ürəyincə olmadığı bir halda Moskva ilə münasibətləri daha da inkişaf etdirir, digər tərəfdən Birləşmiş Ştatlar da sanki Türkiyəni bu siyasətinə görə cəzalandırırmış kimi Suriyada türklərə qarşı vuruşan YPĞ-ya hərbi dəstək verir. Bütün bunlara rəğmən Vaşinqton görüşünün Birləşmiş Ştatlarla Türkiyə arasında mövcud olan buzları əridəcəyinə böyük ümidlər vardı. Elə Türkiyədə də müstəqil analitiklər hesab edirdilər ki, Vaşinqton görüşü Birləşmiş Ştatlar-Türkiyə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı ola bilər. Buna isə Türkiyədən daha çox Birləşmiş Ştatlar maraqlı olmalıdır. Səbəblər isə müxtəlifdir.

E-məşğulluq kateqoriyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub

17 May 2017 15:15

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərindən biri olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi daha bir beynəlxalq uğur qazanıb. BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən elan olunmuş “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub.

Sığorta şirkətləri vətəndaşları necə aldadırlar?

17 May 2017 15:14

Hazırda təkcə ticarət mərkəzləri deyil, eləcə də xidmət sahələrinin də vətndaşları aldatmaları barədə çoxsaylı məlumatlar yayılmaqdadır. Belə xidmət sahələri sırasında xeyli sayda sığorta şirkətləri var ki, onlar da özünəməxsus qaydada müştəriləri aldatmaqla məşğuldur.

Batumidə keçirilən beynəlxalq konfransda Azərbaycanın pensiya təminatı sistemində aparılan islahatlar təqdim olunub

17 May 2017 15:13

Azərbaycan Respublikasının Əmək və Əhalinin  Sosial  Müdafiəsi Nazirliyi yanında  Dövlət  Sosial Müdafiə Fondunun nümayəndə heyəti Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Gürcüstanın Sosial Xidmət Agentliyinin təşkilatçılığı ilə bu ölkənin Batumi şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Prezident "WorldFood Azerbaijan" və “CaspianAgro 2017” sərgiləri ilə tanış olub

17 May 2017 15:09

Prezident İlham Əliyev bu gün Bakıda keçirilən 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi ("WorldFood Azerbaijan 2017") və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("CaspianAgro 2017") sərgiləri ilə tanış olub. Kənd təsərrüfatı naziri Heydər Əsədov ölkə başçısına sərgilər barədə ətraflı məlumat verib.

"Hamı Həzrəti Əli olmur ki!.." - Siyavuş Novruzov

17 May 2017 15:07

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında sərəncam imzalayıb.  Sərəncama münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovmodern.az-a deyib ki, AXC ilə bağlı istər mərhum eks-prezident Heydər Əliyev, istərsə də hazırkı ölkə başçısı İlham Əliyev tərəfindən mütəmadi şəkildə sərəncamlar verilib. Onun sözlərinə görə AXC qurucularının adının əbədiləşdirilməsi ilə bağlı lazımi addımlar atılıb və bu proses indi də davam edir.

"Messinin cəzası ləğv ediləndə dəli kimi sevindim"

17 May 2017 14:50

Argentina futbolunun canlı əfsanəsi Diyeqo Armando Maradona Lionel Messiyə hakimi təhqir etdiyi üçün kəsilən cəzanın ləğv olunmasından razı qalıb. Maradona buna görə FİFA prezidentinə də təşəkkür etdiyini deyib.

Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək?

17 May 2017 14:49

Bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirilib.  Əsas Media Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmançılarının geridə qalan yarış günləri ərzində yüksək nəticələr əldə etdiklərini bildirib. Onun sözlərinə görə, İslamiadada rəqabət böyükdür: "Bu günə qədər idmançılarımız 81 medal qazanıblar. Onlardan 41-i qızıldır. İndiyə kimi 131 medal dəsti verilib. Yarışlarda iştirak edən 26 ölkənin təmsilçiləri medal qazanıblar. Bu da İslamiadada rəqabətin olmasının göstəricisidir. Hazırda 7 boksçumuz yarımfinaldadır, bu, 7 medal deməkdir. Voleybol və futbol yığmalarımız mübarizəni davam etdirir. Su polosu komandamız 3-cü yer uğrunda oynayacaq. Bu gün bizim üçün sevimli olan güləş yarışları başlayır. Yəni, irəlidə daha çox medal qazanmaq imkanımız var".

Özəlləşdirmə hərracları nə dərəcədə şəffaf  keçirilir?

17 May 2017 14:48

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi  və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir.

Eldar İbrahimov: "Bakı-2017" İslam aləmində həmrəyliyə böyük töhfə verəcək” 

17 May 2017 14:46

“IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımdır”. Bunu  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.