“Heydər Əliyev-gənclik-multikulturalizm”

Multikulturalizm Mərkəzində 10-11 may tarixlərində Almaniyanın Auqsburq şəhərində Ulu Öndərin xatirəsinə həsr olunmuş "Heydər Əliyev-gənclik-multikulturalizm" mövzusunda beynəlxalq nəzəri-praktik konfransın yekun nəticələri ilə bağlı toplantı keçirilib.

Mərkəzdən "Olaylar" - a bildirlib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qonaqları salamlayaraq konfransın yüksək səviyyədə keçirilməsi istiqamətində əməyi olan qurumlara minnətdarlığını bildirib: "Ulu Öndərin xatirəsinə gözəl bir hədiyyə kimi təqdim etdiyimiz bu konfrans ölkə rəhbərliyi tərəfindən də son dərəcə müsbət qarşılanıb. Mən elə güman edirəm ki, bu konfransı reallaşdırmaqla biz Azərbaycan multikulturalizminin siyasi banisi olan Ulu öndərin ruhu qarşısında olan mənəvi borcumuzun kiçik bir hissəsi bu şəkildə ödəmiş olduq." - deyə, Kamal Abdula bildirdi.

AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov formatına, məzmununa və təşkilatı səviyyəsinə görə konfrası yüksək qiymətləndirib. M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov tədbirdən zəngin təəssüratlarla ayrıldıgını vurğulayıb.

BBMM-in layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev Azərbaycanın Gəncd Dostlarının təşəbbüsü, BBMM, Auqsburq Universiteti və "Run Group"un təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Almaniya, İsveçrə, İtaliya, İsrail, Rusiya, Gürcüstan, Litva, Yunanıstan, Estoniya, Rumıniya, Bolqarıstan, Makedoniya, İndoneziya, Portuqaliya, ABŞ, Polşa və Çexiyanın 17 nüfuzlu universitetindən onlarla tələbənin, 12 əcnəbi və azərbaycanlı alimin, dövlət və hökümət rəsmilərinin, dini icma rəhbərlərinin, ziyalıların iştirak etdiyini bildirib.

Sonda Azərbaycanın Gənc Dostlarının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış müraciəti oxunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31