Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov  Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün  mayın 17-dən  19-dək  Serbiyanın paytaxtı Belqrada  səfərə gedəcəklər.

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov  Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün  mayın 17-dən  19-dək  Serbiyanın paytaxtı Belqrada  səfərə gedəcəklər. MM-dən "Olaylar"a  verilən məlumata görə,  toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının  icrası, Avropa Şurasına üzv ölkələrdə qanunun aliliyi  prinsipinə yeni hədələr,  Avropa İnsan hüquqları konvensiyasına riayət edilməsi ilə bağlı məruzələr dinləniləcək.Tədbirdə millət vəkili Vüsal Hüseynov  "Ölüm cəzası və  işgəncələr üçün istifadə edilən avadanlıqların ticarətinə qarşı beynəlxalq qanunvericiliyin güclənməsi" mövzusunda məruzə ilə çixış edəcək. Deputatlarımız  iclasda müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31