Biləsuvarda “Sülhü tərənnüm edən İslam”adlı konfrans

Azərbaycanın milli mədəniyyətinin və gündəlik məişətinin tarixən islami dəyərlər ilə zəngin olduğunu, habelə islamın sülhsevərliyini yerli və xarici vətəndaşlara nümayiş etdirmək məqsədi ilə mayın 17 - də Biləsuvar rayonunda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə iki hissədən ibarət "Sülhü tərənnüm edən İslam" adlı konfrans və kitab sərgisi keçirilmişdir.

Mərkəzdən "Olaylar" - a bildirlib ki, tədbir Ulu öndər Həydər Əliyevin abidəsinə gülqoyma mərasimi ilə başlayıb. Konfransda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Misir Mədəniyyət və təhsil əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi, Sudan Respublika səfirinin müavini Muhammed Elballa Osman və başqaları iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31