Gündəm
Apreldə 195-2 Çağrı Mərkəzinə 1070 müraciət daxil olub
2017-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 1070 müraciət daxil olub. Bu müraciətlərin 840-dan çoxunun canlı rejimdə, 220-dən çoxunun isə səsli menyu vasitəsilə cavablandırılması təmin edilib. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Mərkəzə 66 mindən çox müraciət daxil olub.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərin əldə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin qeydə alınması qaydaları, həmçinin investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, "Made in Azerbaijan" brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Xalq artisti Əliağa Quliyevin 100 illik yubileyi Muğam Mərkəzində
Mayın 26 – da Muğam Mərkəzində xalq artisti, tarzən Əliağa Quliyevin 100 illik yubileyi qeyd olunacaq. Konsertdə onun həyat və yaradıcılığından söhbət açılacaq. Tarzənin tələbələri, onunla birgə çalışan ifaçılar və tanınmış xanəndələrin ifasında muğam və təsniflər səslənəcək. Qeyd edək ki, Əliağa Eyvaz oğlu Quliyev 1917-ci il may ayının 9-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başladı. 1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı.
Eriş Yaprak: "Yarışlara Azərbaycan idmançısı kimi qatılmaqdan qürur duyuram"
"Yarışlara Azərbaycan idmançısı kimi qatılmaqdan qürur duyuram". Bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Eriş Yaprak deyib.
"Rusiya çalışır ki, Xəzər dənizi əməkdaşlıq üçün nümunə olsun"
"Rusiya çalışır ki, Xəzər dənizi qarşıdurma deyil, əməkdaşlıq üçün nümunə olsun". Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, Rusiya Xəzər dənizi ölkələri ilə əməkdaşlığı ən vacib məsələlərdən biri hesab edir: "Rusiya hazırda bunu həyata keçirir.
Yağış yağacaq
Mayın 18-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Sərnişinlərə nümunəvi xidmət göstərilir
Mayın 12-də IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı sərnişinlərə yüksək xidməti ilə seçilmiş «Bakı Metropoliteni» QSC yarışların keçirildiyi günlərdə də fəaliyyətini tədbirlər planına uyğun davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İslam Oyunlarının təqviminə uyğun olaraq, yarışların keçirildiyi vaxtlarda idman arenalarına yaxın stansiyalarda sərnişin axınının tənzimləməsi nəzarətdə saxlanılır.
Ermənilər güclü Azərbaycandan vahiməyə düşür, öz acizlikləri ilə barışmalı olurlar
“Bütün beynəlxalq tədbirlər kimi IV İslam Həmrəyliyi Oyunlarının da məhz ölkəmizdə keçirilməsi heç də təsadüfü deyil. Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də ev sahibliyi etməyimizə zəmin yaradır”.
Vidadi Zeynalovun vəkilləri məhkəməyə gəlmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar"a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Məhkumlara narkomaniya ilə mübarizə mövzusunda tamaşa nümayiş etdirilib
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası arasında 2017-ci ilə dair təsdiq edilmiş birgə “Tədbirlər Planı”na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə narkomaniyanın insan həyatına və cəmiyyətə vurduğu mənfi təsirləri əks etdirən “Həyatla oyun” adlı maarifləndirici tamaşa nümayiş etdirilmişdir.
Bir ayda Çağrı Mərkəzinə 57691 zəng daxil olub
2017-ci ilin aprel ayı ərzində Çağrı Mərkəzinə 57691 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 46130 zəng daxil olmuşdur. Bu barədə Vergilər Nazirliyindən “Olaylar”a daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə: - ümumilikdə daxil olmuş zənglər 60,9 faiz və ya 21831 ədəd, - canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər 87,7 faiz və ya 21555 ədəd artmışdır. 2017-ci ildə ümumilikdə daxil olan zənglər, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 52,9% və 63,1% artaraq 196 658 və 148 086 olmuşdur.
38 mindən çox vergi ödəyicisinin 107 mln. manat borcu silindi
Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılması, vergi yükünün optimallaşdırılması məqsədilə ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların sərəncamında olan vəsaitlərin həcminin artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması üçün əlavə imkanlar yaradıb.
Dələduz qadın saxlanıb
Dələduzluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri də müəyyən edilib.“Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlara qarşı dələduzluq etdiyinə görə tutulan Dürrə İsmayılovanın ətrafında Xətai RPİ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2013-2017-ci illər ərzində Bakı şəhər sakini olan daha 7 nəfəri aldadaraq onlardan qızıl əşyalar alması da müəyyən edilib.
Evdən pul və dollar oğurlayan tutulub
Masallı rayonunda oğurluqda şübhəli bilinən yerli sakin saxlanılıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də rayon ərazisindəki evlərdən birindən 50.000 manat və 20.000 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini Nəzir Məmmədov tutulub. Onun əvvəllər də məhkum olunduğu bildirilir.
Satışa leş əti çıxaran şəxsləri məsuliyyətə cəlb etmək mümkün olmur
“Son günlər mətbuatda mənşəyi məlum olmayan saysız-hesabsız ölmüş heyvan cəmdəklərinin satışa çıxarılması barədə məlumatlar yayılmaqdadır. Rəsmi strukturlardan əldə edilən məlumata görə, təkcə Daşkəsən rayonunda 7 ton mənşəyi bəlli olmayan ət aşkar edilib.














